PAŞA Bank Sumqayıt nəqliyyatında təmassız ödəməni təqdim edir
PAŞA Bank Visa və “Sumqayıt Nəqliyyat” MMC ilə tərəfdaşlıqda Sumqayıt ictimai nəqliyyatında gediş haqqının təmassız ödəniş sistemini təqdim edirÖlkənin aparıcı korporativ bankı PAŞA Bank, rəqəmsal ödəniş texnologiyalarında qlobal lider olan Visa və "Sumqayıt Nəqliyyat” MMC ilə tərəfdaşlıqda Sumqayıt şəhərində ictimai nəqliyyatda ilk dəfə olaraq gediş haqqının təmassız ödəniş kartları və NFC cihazları ilə ödəmə sistemini təqdim edir.
Bankın yaydığı məlumatda bildirilir ki, Sumqayıt sakinləri ictimai nəqliyyatda gediş haqqını istənilən təmassız bank kartı və NFC texnologiyasını* dəstəkləyən cihazlar (smartfonlar, “ağıllı” saatlar, üzüklər və s.) ilə indi daha rahat ödəyə bilər.
Hazırda Sumqayıt şəhərinin 9 saylı marşrut üzrə hərəkət edən şəhər avtobuslarında xüsusi ödəniş terminalları quraşdırılmışdır. Gediş haqqını ödəmək üçün sadəcə olaraq təmassız bank kartını və ya NFC dəstəkli cihazını terminala yaxınlaşdırmaq kifayətdir. Bank kartları olmayan sərnişinlər üçün isə PAŞA Bankın yeni Visa Nəqliyyat kartları buraxılmışdır. Həmin kartları avtobus dayancaqlarındakı köşklərdən əldə etmək, kart balansını isə E-manat və ya MilliÖn ödəmə terminalları vasitəsilə artırmaq mümkündür.
PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş Əməliyyat İnzibatçısı Cəlal Orucovun sözlərinə görə, son illər ərzində nağdsız ödənişlər bazarı bütün dünyada olduğu kimi, Azərbaycanda da fəal şəkildə inkişaf etməkdədir.
“Bu, ilk növbədə yeni elektron ödəmə vasitələrinin - təmassız ödəmə kartlarının, mobil ödəmə alətlərinin meydana çıxması, rəqəmsal həllərin populyarlığı və rahatlığı ilə əlaqədardır. Təmassız ödənişlərin həmçinin sərnişindaşıma sahəsində də geniş istifadəsinə böyük əhəmiyyət verilməkdədir. Sumqayıt ictimai nəqliyyatında tətbiq olunmuş texnoloji həllin ödənişlərin sürətini və təhlükəsizliyini artıracağına əminik. Daima yeniliklərə imza atan PAŞA Bank ölkə iqtisadiyyatının fərqli seqmentlərində beynəlxalq təcrübələri və müasir texnoloji həlləri tətbiq etməyə davam edəcəkdir” - deyə C. Orucov vurğulayıb.
“Nəqliyyat, Visa-nın MDB və Cənub-Şərqi Avropa bölgəsindəki təmassız ödənişlərin inkişafı baxımından prioritetlərindən biridir. Rəqəmsal ödənişlər ağıllı şəhərlərin ayrılmaz hissəsidir və ictimai nəqliyyat şəhərlərin ağıllı transformasiyasına başlamaq üçün əsas kanallardan biridir. Visa-nın qlobal təcrübəsindən yararlanaraq tərəfdaşlarımızla birlikdə səmərəli ödəmə həlli hazırlayaraq Ukrayna, Belarus, Gürcüstan və Qazaxıstanda bir sıra nəqliyyat layihələrini başlatdıq. Bu ilin əvvəlində Bakı şəhər nəqliyyatlarında ilk təmassız ödəniş layihəsinə start verdik. Bu gün, PAŞA Bank ilə tərəfdaşlıq çərçivəsində Sumqayıt istifadəçiləri üçün sürətli, etibarlı və rahat ödənişlərin yaradılmasına və Azərbaycanın güclü, innovativ ödənişlər ekosisteminin qurulması istiqamətində irəliləməsinə kömək etmə niyyətimizi nümayiş etdiririk”, - deyə, Visa-nın Qafqaz regionu üzrə meneceri Kristina Doros vurğuladı.
Qeyd edək ki, PAŞA Bankın, Visa və "Sumqayıt Nəqliyyat” MMC ilə tərəfdaşlıq çərçivəsində sərnişinlərin rahatlığını təmin edən təmassız ödəniş imkanından yaxın gələcəkdə Sumqayıt ictimai nəqliyyatının bütün marşrutları üzrə yararlanmaq mümkün olacaq. Bu ödəniş üsulu sayəsində sərnişinlər istənilən təmassız bank kartı ilə əlavə səy göstərmədən və asanlıqla ictimai nəqliyyat üzrə gediş haqqını ödəyə biləcəklər. Sumqayıt şəhərinin bütün avtobuslarında validatorların quraşdırılması bu ilin sonunadək planlaşdırılır.
*Qeyd: NFC texnologiyası məlumatın təmassız ötürülməsinə əsaslanır. NFC dəstəkləyən mobil telefon, “ağıllı” saat və ya ödəniş üzüyünü avtobuslarda quraşdırılan terminala yaxınlaşdırmaqla ödəniş etmək mümkündür.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
2 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























