“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.EUR.
Beynəlxalq valyuta birjalarında koronavirusa qarşı peyvəndin tapılmasına dair müsbət xəbərlərə EURUSD məzənnəsinin daha çox reaksiya verdiyi müşahidə edilir. Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 14:00-da dərc ediləcək Avrozonanın inflyasiya səviyyəsinə dair göstəricilər fonunda proqnozlar da müsbət istiqamətindədir. Çərşənbə günü və cümə axşamı müvafiq olaraq saat 14:00-da açıqlanacaq işsizlik və pərakəndə satış dövriyyəsi göstəriciləri də diqqət mərkəzindədir.
Beləliklə, noyabr ayından bahalaşmağa başlayan avro, 1.20$-a kimi bahalaşa bilər.
GBP.
GBPUSD məzənnəsinin isə 1.3363$-ın qırılması ilə 1.35$-a kimi də bahalaşacağı proqnozlaşdırılır.
Breksit ticarət sazişi danışıqlarının önəmli mərhələsini aşa bilməməsinə baxmayaraq, dollardaki ucuzlaşma özünü burada da göstərir.
Bu baxımından bu həftə Amerikanın xidmət, sənaye və əmək bazarına dair yayımlanacaq önəmli fundamental göstəricilər də böyük maraqla gözlənilməkdədir.
TRY.
Türkiyə Mərkəzi Bankı (TCMB) lirəyə və ölkədəki inflyasiyaya müsbət təsir edə bilmək üçün sərtləşdirmə siyasəti aparır. Beləliklə, lirədə növbəti bahalaşma dalğası bankın növbəti addımlarından asılı olacaqdır.
Təhlillərə əsasən, USDTRY məzənnəsi cari həftə ərzində 7.90TL-nin altında qaldıqca, 7.62TL-yə kimi ucuzlaşa bilər.
OIL.
Dünya enerji birjalarında Brent neftinin bir barel qiym əti 49$-a kimi dəyər qazandıqdan sonra korreksiyaya başlayıb və 46.64$-a kimi dərinləşəcəyi proqnozlaşdırılır.
Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Gələn il üzrə qlobal iqtisadi proqnozların yaxşılaşması, əlvan metallar bazarlarında bir unsiya üzrə qızılın, 1764$-a (56.7 $/qram) kimi dəyər itirməsinə səbəb olub və sonuncu səviyyənin də qırılması ilə ucuzlaşma 1711$-a (55 $/qram) kimi davam edəcəyi proqnozlaşdırılır.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
2 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
2 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
2 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 3 saat əvvəl
-
3 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir





















