“FORTİS GROUP” YAŞAT Fonduna böyük məbləğdə ianə etdi
(®️) Azərbaycanın qabaqcıl inşaat materialları istehsalçı şirkətlərindən biri “FORTİS GROUP” ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna 100 min manat ianə köçürüb.
Bu barədə şirkətdən məlumat verilib. “FORTİS GROUP”-un İdarə Heyətinin sədri Elşad Bayramov bildirib: "Şirkətimiz Cənab Prezidentin tövsiyyəsinə uyğun olaraq bundan sonra da sosial sahədə görülən işlərdə dəstək göstərməyə davam edəcək. “FORTİS GROUP” torpaqlarımızın düşmən tapdağından təmizlənməsi uğurunda həyatını itirən şəxslərin ailələrinə, eyni zamanda qazilərə yardım göstərməsini özünə borc bilir".
Məlumat üçün bildirək ki, şirkət bu kimi xeyriyyə kampaniyalarında həmişə aktiv şəkildə iştirak edib.
Vətən Müharibəsi başlayanda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna 50 min manat vəsait köçürüb. Ondan əvvəl isə Azərbaycan Respublikasının tibbi təhlükəsizliyi naminə ölkə rəhbərliyi tərəfindən təsis edilmiş layihəyə qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat vəsait ianə edib.
“Fortis Group” eyni zamanda, şəhid və qazı övladları üçün 2 ildir ki, ödənişsiz abituriyent hazırlığı kursu (Fortis Academy) təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 17 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)











.jpg)





