Rabitəbank və Maxi.az cəbhəyanı bölgələrə dəstək üçün güclərini birləşdirdi
(®️) Vətən müharibəsi dövründə düşmənin qəddarlığından ən çox zərər çəkənlər arasında Bərdə, Tərtər, Gəncə, Şəmkir, Tovuz kimi cəbhəyanı bölgələrdə yaşayan sakinlər oldu. Bu səbəbdən Azərbaycanın aparıcı banklarından biri Rabitəbank və ölkənin ən böyük pərakəndə şəbəkələrindən biri Maxi.az şirkəti cəbhəyanı bölgələrə dəstək məqsədilə birgə əməkdaşlıq layihəsi həyata keçirirlər.
Layihə çərçivəsində cəbhəyanı bölgələrdə yaşayan və rəsmi iş yeri olan vətəndaşlar üçün Rabitəbank nağd pul kreditinin şərtləri sadələşdirdi. Belə ki, illik 18% ilə nağd pul krediti əldə etmək istəyən sakinlər heç bir komissiya və sığorta haqqı ödəməyəcəklər. Kreditin maksimal müddəti 36 ay təşkil edir. Kampaniyadan faydalanan vətəndaşlara həmçinin kreditin ödənilməsi üçün 3 ay güzəşt müddəti də verilir. Xüsusi güzəştli nağd pul krediti yalnız Maxi.az-ın cəbhəyanı filiallarında alış-veriş etmək üçün ayrılır.
Kampaniyaya müraciət etmək istəyən cəbhəyanı bölgə sakinləri Rabitəbankın Ağcabədi, Şəmkir və Gəncə filiallarına yaxınlaşa bilərlər. Kampaniya haqqında daha ətraflı məlumatı Bankın 133 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabitabank Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
18 d. əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
1 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
1 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
1 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü
























