Foreks bazarlarında dolların ucuzlaşması müşahidə edilir - GÜNƏ BAXIŞ
FED TOPLANTISI FONUNDA EURUSD, GBP/USD, QIZIL VƏ NEFT
Bu gün Bakı vaxtı ilə saat 23:00-da FED faiz qərarını, saat 17:30-da ABŞ-ın pərakəndə satış dövriyyəsi ilə bağlı statistik göstəricilər açıqlanacaq.
Analitiklər faiz dərəcələrinin sabit saxlanılacağını, istiqraz alışlarında böyük bir artım elan etməyəcəyini proqnozlaşdırırlar. FED həmçinin üç ayda bir keçirilən “FOMC” iclaslarını müşayiət edən İqtisadi Proqnozlar Xülasəsində, qeyri-müəyyənlik və ya risk səviyyəsini göstərən yeni qrafiklər dərc etməyi də planlaşdırır.
Hazırda foreks bazarlarında dolların ucuzlaşması müşahidə edilir. Bu, özünü avro, funt, qızıl və neftin qiymətlərində də göstərir.
FED-İN AÇIQLAMALARI ÖNCƏSİ AVRODA BAHALAŞMA
Təhillərə əsasən, EURUSD cütlüyündə 1.2177 səviyyəsi qırılarsa, ondan sonra kəsilə biləcək növbəti hədəfləri 1.2211 və 1.2258 səviyyələri ola bilər.
Qeyd edək ki, saat 14:00-da Avrozona üçün ticarət balansı saldosu güstəricisi açıqlanacaqdı.
FUNT DA YENİDƏN BAHALAŞIR
Bu gün saat 11:00-da İngiltərədə inflyasiya səviyyəsi və ticarət dövriyyəsi ilə bağlı statistik göstəricilər dərc ediləcəkdir.
Analitiklər nəticələrin artımla açıqlanacağını proqnozlaşdırırlar. Bu səbəbdən də qiymət 1.3445 səviyyəsi üzərində qaldıqca, 1.3538 və 1.3617 səviyyələri test edilə bilər.
NEFTDƏ YENİ MAKSİMUMLAR
Çərşənbə axşamı Brent neftinin 50$-ın üzərində dəstək gördüyünün şahidi oluruq. Beləliklə, 51.04$ səviyyəsi qırılarsa, növbəti hədəfləri 52$ və 53$ səviyyələridir.
QIZIL BAHALAŞDI
Qızılın qrafikinə H1-də nəzər yetirdikdə, qiymətin bahalaşdığının şahidi oluruq.
Qiymət əgər 1855.50$ səviyyəsi üzərində qalarsa, növbəti hədəfləri 1875.14$ və 1898.48$ səviyyələri ola bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




