"Peyvəndimiz koronavirusun mutasiyaya uğramış növünə qarşı da effektiv olacaq"
Uğur Şahin: Koronavirus mutasiyaya uğrasa yeni peyvənd 6 həftə içində hazır olar"BioNTech"-"Pfizer" peyvəndinin yaradıcısı Uğur Şahin peyvəndin İngiltərədə aşkarlanan koronavirusun mutasiyaya uğramış variantına qarşı da effektiv olacağına əmin olduğunu deyib.
"Independent"inverdiyi xəbərə görə, "BioNTech"in icraçı direktoru, professor Uğur Şahin peyvəndin mutasiyaya uğramış virusa necə təsir etdiyini qiymətləndirmək üçün əlavə araşdırmalar aparıldığını bildirib.
U. Şahin peyvəndin mutasiyaya uğramış virusa qarşı uyğunlaşdırılması lazım olarsa şirkətin bunu təxminən 6 həftə ərzində edə biləcəyini qeyd edib. O, peyvəndləməyə başlamazdan əvvəl yeni dəyişikliklərin qiymətləndirmə agentlikləri tərəfindən təsdiqlənməli olduğunu vurğulayıb:
"Hazırda peyvəndimizin bu yeni varianta qarşı qoruma təmin edə biləcəyini bilmirik, lakin yeni virusun xaricində olan və onu əhatə edən zülalların mövcud virusdakı zülallarla 99 faiz eynilik təşkil etdiyi üçün "BioNTech" peyvəndinin effektiv olacağına dair elmi güvəni var. Elmi olaraq bu peyvəndlə immunitet reaksiyasının yeni virus variantlarına qarşı da cavab verəcəyi ehtimalı çoxdur. İndi biz bunu təcrübə yolu ilə yoxlamalıyıq. Bunun üçün təxminən iki həftə vaxt lazım olacaq. Ancaq bunun hərəkət mexanizminə əhəmiyyətli dərəcədə təsir etməyəcəyinə əminik".
U. Şahin bildirib ki, peyvəndin pandemiya boyunca təsbit edilmiş digər koronavirus mutasiyalarına qarşı təsirli olduğu sübut olunub: "Biz artıq virusun 20-yə yaxın digər mutasiyaya uğramış variantlarına qarşı peyvəndi test etmişik. Peyvəndimiz tərəfindən yaradılan immunitet reaksiyası hər zaman virusun bütün formalarını təsirsiz hala gətirib".
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır





















.jpg)

