Metropoliten daha bir qatarı modernləşdirib

Metropolitendə əsaslı təmir olunaraq modernləşdirilmiş daha bir qatar xətlərdə sərnişinlərə xidmət göstərməyə tam hazır vəziyyətə gətirilib.
Qurumun yaydığı məlumatda bildirilir ki, Metropoliten vaqonlarının özləri kimi, detalları da əsasən ölkəmizdən kənarda istehsal olunduğundan, 2020-ci ildə dünyanı bürümüş yeni növ koronavirus (“COVID-19”) pandemiyası bu sahəyə də öz təsirini göstərib. Lakin “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi mütəxəssislər qarşısında vəziyyətdən ən optimal müsbət qərarla çıxmaq tapşırığını qoyaraq, ən müasir texnoloji inkişaf, ələlxüsus informasiya-kommunikasiya sistemlərinin köməyi ilə qarşıya qoyulan plan öhdəliklərini vaxtında yerinə yetirib.
İşlərin son mərhələsində qatarın idarə edilməsi və nəzarət sistemlərinin yüklənməsi və qoşulması istehsalçı müəssisənin son təftişi və sınaqlarından sonra yekun aktla işə salınır. Pandemiya və xüsusi karantin rejiminin məhdudiyyətləri səbəbilə qatar tərkibində sazlama işləri zamanı texnoloji proseslərə yerində əyani nəzarət edə bilməyən Rusiyanın Sankt-Peterburq şəhərinin “Spetsavtomatika” müəssisəsi veb-əlaqə sistemi vasitəsi ilə real vaxt rejimində yoxlamanı həyata keçirərək təmirçilərə lazımi göstərişlərini verib və bütün prosesi monitorda canlı izləyiblər.
Ümumiyyətlə, metro vaqonlarının istismarı müddətində müxtəlif texniki şərtlərə əməl olunmalı, o cümlədən konkret vəzifələri məlum olan təmir növləri vaxtında icra olunmalıdır. Bu, “Bakı Metropoliteni” QSC yaradıldıqdan sonra təmir prosesinin bütün növlərinin ən optimal şəkildə təmin edilməsi, xətlərdən qatarların nasaz geri qayıtması hallarını dəfələrlə aşağı salıb. Bu xüsusda cari təmir sexində bütün müvafiq modernləşdirmə tədbirləri aparılıb. Ən əsası, metropoliten tarixində inqilabi qərar verilərək, qatarların əsaslı təmiri pilot layihə kimi yerli şəraitdə təmin edilib. Nəticədə, qatarlar bu məqsədlə vaxtilə Moskva, Xarkov, Sankt-Peterburq şəhərlərində, son dövrlərdə isə “Moskva Elektrik Qatarlarının Təmiri Zavodu” QSC-nin Tbilisi filialına göndərilirdisə, 2017-ci ilin noyabrından bu işlər “Nərimanov” elektrik deposunda inşa olunmuş Vaqonların əsaslı təmir sexində yerinə yetirilir.
Əsaslı təmir- vaqonların tamam sökülməsi, quraşdırılması, qaynaq və dəmirçi işləri, vaqon banının korroziyadan təmizlənib-rənglənməsi, bütün vaqon təsərrüfatının – elektrik və pnevmatika sahələrinin təftişi və avadanlıqların yenilənməsi, təkər cütlərinin parametrik ölçülərinin normalara uyğunlaşdırılması kimi başa düşülməlidir. Bütün bu proseslər yerli mütəxəssislər tərəfindən qısa bir müddətdə mənimsənilib, yüksək keyfiyyətlə həyata keçirilir. Bundan savayı, sexdə yalnız əsaslı təmir deyil, həmçinin vaqonların modernləşdirilməsi və müasir tələblərə uyğunlaşdırılması da uğurla tətbiq edilir. Bu işlərin yerinə yetirilməsi üçün müvafiq kadr hazırlığı sayəsində və ilkin pilot layihələr 2015-ci ildən həyata keçirildiyindən sex istifadəyə verilərkən prosesi ən yüksək səviyyədə təmin etmək mümkün olub.
Fəaliyyətinin 3-cü ilində xidmət 13 qatarı müxtəlif təmir həcmindən keçirib. 3 qatar əsaslı, 5 qatar orta, qalanları 3 və 2 saylı cari təmir həcmində yenilənib, müvafiq modernləşdirmə tədbirləri də bu işlər sırasında icra olunub.
Əsaslı təmirdən çıxmış növbəti qatarda vaqonların bütün alt quruluşu, elektrik və pnevmatika, mexaniki hissənin avadanlıqları tam yenilənib. Yuxarıda qeyd edilən əsas yeniliklər sırasına Bakı metropoliteni tarixində ilk dəfə kompressor dəyişdirilməsi də daxil olub. Qatarın pnevmatika sistemi ən müasir qatarlarda istifadə olunan yeni nəsil “Knorr Bremse” kompressoru ilə təchiz edilib. Bu kompressor tamamilə fərqli hava quruducusu sisteminə malikdir. Əvvəlki nəsil qatarlarda olanlardan tamamilə fərqlənən bu sistem qatarın pnevmatika cihazlarının paslanmadan və digər təsirlərdən qoruyur. Nəticədə, qatarda bununla bağlı yaranan nasazlıqlar aradan qaldırılmış olur, avadanlığın saz vəziyyətdə istismarı müddəti artır, qulluğu və texniki xidməti əsaslı şəkildə asanlaşır. Xüsusi mürəkkəbliyi ilə fərqlənən bu işi, adətən, Moskva mütəxəssisləri yerinə yetirirlər. Lakin Bakı metropoliteninin təmirçiləri səmərələşdirici potensialı ilə çətin işin öhdəsindən layiqincə gələrək daha bir inqilabi texnoloji prosesi mənimsəyiblər.
Budəfəki təmir əvvəlki qatarlarla müqayisədə daha bir neçə təkmilləşmə tədbirləri və yenilikləri ilə fərqlənir. Maşinist kabinasında genişlik ilk baxışda nəzərə çarpır. Təmirçilər bu genişliyə kabinadakı iki aparat dolabından birinin ixtisar edilməsi ilə nail olublar. Bununla da avadanlıqların yenilənməsi onların bir hissəsinin qatara nəzarət və idarəetmə seksiyasında kompakt şəkildə yerləşdirilməsi imkanı verib.
Yeniliklər sırasına sərnişinlərin müşahidə etdikləri kimi, qapı mexanizmlərinin rəvan açılıb-bağlanması da daxildir. Bu, İtaliya istehsalı olan “Kamotsi” (“Camozzi”) intiqallarının tətbiqi ilə təmin edilib. Qapılara yeni nəzarət bloku isə təhlükəsizliyin yüksəldilməsinə zəmanəti artırıb.
Vaqonların salonları müasir dizaynın tələblərinə uyğunlaşdırılıb. Salonların tavanında LED tipli işıqlandırma kompleksi quraşdırılıb, vaqonlararası əlaqə yaradan müasir “Hartinq” sistemi tətbiq edilib, informasiyanın daxiledilmə və əksolunma paneli, maşinist kabinasında tavan havalandırma sistemi quraşdırılıb, həmçinin digər müvafiq yeniliklər edilib.
Göründüyü kimi, Bakı metropolitençiləri qısa müddət ərzində nəinki vaqonların əsaslı təmirini mənimsəyiblər, hətta bu sahədə yeniliklərin tətbiqini də genişləndirməkdədirlər. Bu isə metropolitendə yeni tipli təmirçi nəslinin, gələcəkdə isə ölkəmiz üçün böyük əhəmiyyət kəsb edəcək vaqon istehsalı üzrə mütəxəssislərin yetişməsinə, elmi potensialın dərinləşməsinə xüsusi təkandır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 2 gün əvvəl
-
2 gün əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
2 gün əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
2 gün əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 2 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
