Borclunun aktivlərinin satılması qaydası dəyişir
Borclunun aktivlərinin satılması qaydasına dəyişiklik edilir.
Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Müflisləşmə və iflas haqqında” qanun layihəsinə əsasən, dəyəri borclunun aktivlərinin 5% və daha çox hissəsini təşkil edən aktivlərin satış planına daxil edilmədən satılmasına yol verilməyəcək.
Həmçinin, sağlamlaşdırma prosesinin şərtləri, o cümlədən Sağlamlaşdırma planı və onun təsdiq edilməsi qaydasına da dəyişiklik təklif edilir.
Hazırda qüvvədə olan qanuna əsasən, sağlamlaşdırma planı hər bir təminatlı kreditorlar qrupu daxilində tələblərin məbləğinin üçdə ikisindən artıq hissəyə malik olan kreditorlar tərəfindən qəbul edilməlidir. Borclunun aidiyyəti şəxsləri olan təminatlı kreditorların tələbləri sağlamlaşdırma planının qəbul edilməsi ilə bağlı səsvermədə iştirak məqsədləri üçün nəzərə alınmır.
Təklif edilən dəyişikliyə əsasən, həm də hər bir təminatlı kreditorlar qrupu daxilində səsvermədə yalnız sağlamlaşdırma planının qəbulu nəticəsində hüquqlarına təsir göstərən təminatlı kreditorlar iştirak edəcək.
Eyni zamanda sağlamlaşdırma prosesinə başlanılmasının hüquqi nəticələrinə də əlavə edilib. Belə ki, sağlamlaşdırma prosesində eyni kreditorlar qrupu daxilində bütün kreditorların hüquqları növbəlilik qaydasında bərabər təmin ediləcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
46 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























