Azərbaycan Beynəlxalq Bankından ödənişsiz xidmətlər
Bank xidmətlərinin hər kəs üçün əlçatan olmasından ötrü Azərbaycan Beynəlxalq Bankı daha bir addım atıb. Bank ödənişsiz “Baza bank xidmətləri paketi”ni istifadəyə verib. Bu, aşağı gəlirli əhali qrupları üçün düşünülmüş universal xidmətlər paketidir.
Belə bir tədbir “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda da nəzərdə tutulub. Burada əsas məqsəd ölkəmizdə elektron ödəniş xidmətlərindən istifadənin genişləndirilməsi, bütün vətəndaşların bu imkanlardan faydalana bilməsidir.
“Baza bank xidmətləri paketi” aşağı gəlirli əhali qrupuna Azərbaycan Beynəlxalq Bankının əksər xidmətlərindən ödənişsiz, bir çox xidmətlərindən isə güzəştli şərtlərlə istifadə imkanı verir. Belə ki, müştərilər milli valyutada cari hesabı ödənişsiz açdıra, cari hesaba bağlı əməliyyatların aparılmasına imkan verən bir ədəd debet kartını da ödənişsiz ala bilərlər.
Müştərilərin bankın IBA Mobile və İnternet Bank xidmətinə qoşulması, ay ərzində cari hesaba yaşayış minimumu həcmində vəsaitin mədaxil edilməsi, ay ərzində bankın ölkədaxili ekvayer şəbəkəsində yaşayış minimumu həcmində nağdlaşma əməliyyatının aparılması da ödənişsizdir. Bundan başqa, SMS məlumatlandırma sisteminə qoşulma, cari hesab üzrə aparılmış əməliyyatlar üzrə elektron çıxarışın təqdim edilməsi, ay ərzində cari hesab vasitəsilə yaşayış minimumu həcmində ölkədaxili köçürmə əməliyyatının aparılması üçün də müştəridən heç bir ödəniş tələb olunmur.
Qeyd edək ki, maliyyə xidmətlərinə çıxış imkanı olmayan və ya aşağı səviyyədə olan, habelə belə bir imkanı olsa da, xidmətlərin cəlbedici olmaması səbəbindən onlardan istifadə etməyən əhali qrupu üçün bu cür “Baza bank xidmətləri paketi”nin tətbiqi beynəlxalq təcrübədə də geniş yayılıb. Azərbaycan Beynəlxalq Bankının atdığı bu addım ölkəmizdə maliyyə inklüzivliyinin gücləndirilməsinə daha bir dəstək olacaq.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın 39 filial və 37 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)





.jpg)






