Unibank şəhid ailəsinə və Qarabağ qazisinə şəxsi biznes yaratmaqda dəstək oldu
Unibank özünüməşğulluq layihəsi çərçivəsində həssas əhali qruplarına dəstək olmaqda davam edir. Layihəyə qoşulandan indiyədək bank onlarla vətəndaşımıza şəxsi biznesini qurmaqda kömək edib. Bu dəfə də bank şəhid ailəsinin və Qarabağ qazisinin şəxsi biznesini yaratmasına dəstək olub.
Sumqayıt şəhərində yaşayan şəhid atası İlqar Məmmədov və qazi Ramil Bayramov özünüməşğulluq layihəsi çərçivəsində “Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdandır. Unibank əməkdaşları onlara şəxsi bizneslərini qurmaq üçün lazım olan bütün avadanlıqları təqdim edib. Ümumilikdə bank tərəfindən indiyədək 45 vətəndaşımıza şəxsi biznesini qurmaq üçün avadanlıq təqdim olunub.
Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
1 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
3 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"





















