"Türkiyə 2020-ci il ixracını tarixi bir rekordla bağlayıb"
Türkiyənin Ticarət naziri Ruhsar Pekcan, 2020-ci il xarici ticarət məlumatlarını açıqlayıb.
Marja xəbər verir ki, məlumatlara görə, Türkiyənin ixracı 2020-ci ildə 2019-cu illə müqayisədə 6,3% geriləyib. Buna qarşı idxal 2020-ci ildə 4,3% artım qeyd edib. Xarici ticarət kəsirində isə artım 69,1% olub. Türkiyənin 2020-ci ildə xarici ticarət kəsiri 49,9 milyard dollar olaraq qeydə alınıb.
Pekcanın verdiyi rəqəmlərə görə, 2020-ci ildə Türkiyənin ixracı 169,5 milyard dollar təşkil edib. İdxal isə 2020-də 219,4 milyard dollar olaraq reallaşıb.
Pekcan "2020-ci ilin Dekabr ayında ixracımız illik 16% artımla 17,84 milyard dollar ilə bütün zamanların ən yüksək aylıq rəqəmi oldu. 2020-ci ili ixracatımızda tarixi bir rekordla bağladıq" ifadələrini istifadə edib. Pekcan 2020-nin son rübündə 51,2 milyard dollarlıq ixrac ilə ən yüksək rüblük rəqəmə çatıldığını da əlavə edib.
Pekcan, 2020-ci ildə reallaşdırılan 169,5 milyard dollarlıq ixracla Ortamüddətli Proqramda 2020-ci il üçün hədəflənən 165,9 milyard dollar ixrac hədəfinin aşıldığını vurğulayıb.
Nazir bunları qeyd edib:
"Pandemiyanın təsirilə ixracımız ilin ikinci rübündə 32,4 milyard dollara qədər geriləmişdir. İlin üçüncü rübündə isə əvvəlki rüb ilə müqayisədə 33,8% nisbətində sürətli bir toparlanma ilə 43,3 milyard dollar səviyyəsinə çatmışdır. İlin son rübündə artıq artım fazasına keçilmiş və rüblük ixracımız ilk dəfə 50 milyard dollar səviyyəsinin üzərində reallaşmışdır. Ən böyük ticarət ortağımız olan Avropa Birliyində epidemiyada ikinci dalğanın yaşandığı və məhdudlaşdırma tədbirlərinin tətbiq edildiyi ilin son rübündə ixracımız bir əvvəlki rüb ilə müqayisədə 18,4%, 2019-cu ilin son rübü ilə müqayisədə isə 6,7% artaraq 51,2 milyard dollar olmuşdur. Bu səbəbdən, 2020-ci ili dekabr ayındakı ən yüksək aylıq ixrac rekordu ilə bərabər, 51,2 milyard dollarlıq ixracla ən yüksək rüblük ixrac rekordu da qırılmışdır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 13 saat sonra
-
-
38 d. əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
9 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
11 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"















.jpg)






