“İşinizin uğuru kadr hazırlığından, bazarın araşdırmasından və keyfiyyətli məhsul istehsalından asılıdır”

“NORM ASC” şirkətinin maliyyə müdiri Dünyamin Səfərəliyevlə müsahibə.
- Müasir dünyada sahibkarın maliyyə tərəfdaşı axtarışında düzgün seçim etməsi nə dərəcədə vacibdir?
- Maliyyə tərəfdaşı seçərkən düzgün qərar vermək çox vacibdir, xüsusən indiki dövrdə, nə vaxt ki baş verən qloballaşma proseslərinin fonunda, Azərbaycan da daxil olmaqla, bütün dünyada biznes vahid prinsiplər üzərində qurulur.
Eyni zamanda, valyuta məzənnəsində dəyişikliklər, enerji qiymətlərinin aşağı düşməsi, xaricdən mənfi təsir kimi makroiqtisadi çağırışların mütləq şəkildə nəzərə alınması vacibdir. Belə hallarda güclü maliyyə tərəfdaşının dəstəyi çətinlikləri dəf etməsinə və ayaqda qalmağa davam etməsinə biznesə kömək edəcək.
Əlbəttə ki, elə biznes növləri var ki, maliyyə dəstəyi olmadan da qurula bilər. Lakin fəaliyyətinin müəyyən mərhələsində ideyalarını həyata keçirmək üçün onlar da sərmayə cəlb etməlidirlər. Məhz bunun üçün etibarlı maliyyə tərəfdaşı ilə əvvəlcədən əlaqə yaratmaq çox vacib bir amildir.
- Şirkətin müdiri olaraq hansı səbəbləri üstün tutaraq PAŞA Bank ilə əməkdaşlıq qərarına gəldiniz? Bu qərarı verərkən nəyə əsaslanırdınız?
- Bizim üçün əsas amillərdən biri ilk növbədə operativ qərar qəbuletmə və fəaliyyət sahəmizin tələblərinə fərdi yanaşma idi. PAŞA Banka gəldikdə, tərəfdaşımızın bütün nüansları nəzərə almaqla biznes ehtiyaclarımıza uyğun səriştəli, tam dəqiqliklə ölçülüb-biçilmiş həllər tapdığını müşahidə edirik. PAŞA Bank yeniliklərə hər zaman açıqdır. Müştərilərinə qarşı şablon yanaşmasının olmaması isə maliyyə institutunun hörmətini daha da artırır.
- PAŞA Bankın təqdim etdiyi hansı effektiv vasitələr biznesinizi inkişaf etdirməyə kömək edir?
- PAŞA Bank tərəfindən göstərilən onlayn xidmətlərin səviyyəsini yüksək qiymətləndiririk. Bu bizə həm vaxta və pula qənaət etməyə, həm də daxili proseslərimizi optimallaşdırmağa imkan yaradır. Xüsusi məhsullar haqqında danışırıqsa, özümüz və tərəfdaşlarımız ən çox “Faktorinq” məhsulundan fayda əldə etmişik. PAŞA Bankın bu məhsulundan istifadə tərəfdaşlarımızın maddi vəziyyətini yaxşılaşdırmağa imkan verdi, müvafiq olaraq bizim biznesimizə də müsbət təsir göstərdi.
- Seçdiyiniz bankla uzunmüddətli əlaqələr qurmaq nə qədər vacibdir və bunun üstünlükləri nədədir?
- Bu çox vacib bir məqamdır. Bir maliyyə institutu ilə davamlı olan qarşılıqlı faydalı tərəfdaşlıq tərəflərə bir-biri ilə etibarlı münasibət qurmağa imkan verir. NORM şirkəti adından xüsusilə qeyd etmək istərdim: biz əminik ki, maliyyə tərəfdaşımız olaraq PAŞA Bank bizi hər zaman dəstəkləyəcək, bütün öhdəliklərini yerinə yetirəcək və rifahımızı təmin etmək üçün səy göstərəcək. Bir sözlə bu, zamanla sınanmış bir ortaqlıqdır.
- Müasir şəraitdə biznesini inkişaf etdirən sahibkarlara əsas tövsiyəniz nədir?
- Bir işin müvəffəqiyyəti bir çox amillərin birləşməsindən asılıdır, amma mənim fikrimcə, biznesi iki ən vacib şərt üzərində qurmaq lazımdır. Birincisi, ən kiçik vəzifədən başlayaraq biznesinizi idarə edəcək kadrların seçimi. İkincisi, bazarın inkişafı mövzusunda daim “əlinizi nəbzdə tutmaq”, davamlı monitorinqlər aparmaq və biznes seqmentinizi öyrənmək lazımdır. Bu şərtlərə riayət etmək, sahibkarlara öz bizneslərinin davamlı inkişafı üçün möhkəm zəmin yaratmağa kömək edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 d. əvvəl
Bitcoin-in qiyməti 17 illik tarixində ilk dəfə 125 min dolları keçib
-
- 36 d. əvvəl
-
39 d. əvvəl
“Birkart BOKT” MMC adı dəyişdirilərək “Bir Kredit BOKT” MMC olub
-
1 saat əvvəl
110 000 km-dən çox sürülmüş BYD - ÖZÜNÜ NECƏ GÖSTƏRİR? - VİDEO
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
13 saat əvvəl
“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu
- 2 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Bitcoin-in qiyməti 17 illik tarixində ilk dəfə 125 min dolları keçib

“Laçın” qızıl və gümüş sikkə kolleksiyası təqdim edildi

“Birkart BOKT” MMC adı dəyişdirilərək “Bir Kredit BOKT” MMC olub

Bank sektoru depozitlərin hesabına böyüyüb

Rəsmi məzənnələr açıqlandı

Qızıl daha da bahalaşdı, qiyməti 4 min dollara yaxınlaşdı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

Bakı Fond Birjasının dövriyyəsi 37,5% artıb
