Azercell-in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci ildə yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib!
(®️) Sosial yönümlü layihələrə böyük önəm verən Azercell şirkətinin Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində fəaliyyətlərini davam etdiriblər. “Azercell Telekom” MMC-in təşəbbüsü və dəstəyi ilə yaradılan klinikanın həkimləri koronavirus pandemiyasının (COVİD-19) dünyada tüğyan etdiyi ağır dövrdə belə ölkə üzrə bir çox internat məktəblərinə, uşaq evlərinə, aztəminatlı ailələrin yaşadığı məkanlara səfər edərək yüzlərlə ehtiyacı olan insana yardım ediblər.
Azercell-in Mobil Göz Klinikası sentyabr ayında Sabunçu rayonu, Şuşa qəsəbəsində yerləşən “Nur” uşaq evini, Yasamal rayon Əlillər Təşkilatı İctimai Birliyini və Xaçmaz rayonunda fəaliyyət göstərən uşaqlar üçün İcma əsaslı Sosial Reabilitasiya mərkəzini ziyarət edərək körpələrə və sağlamlıq imkanları məhdud şəxslərə təmənnasız tibbi xidmət göstərib.
8 oktyabr “Ümumdünya Görmə Günü” münasibətilə Azercell-in Mobil Göz Klinikası torpaqlarımızın müdafiəsində cəsurca dayanaraq şəhidlik zirvəsinə ucalan əsgərlərimizin ailələrinə, birinci Qarabağ müharibəsi iştirakçılarına və qazilərimizə, eləcə də 30 ilə yaxın öz daimi yaşayış yerlərindən məhrum olub, qaçqın və məcburi köçkün statusunda yaşayan vətəndaşlarımıza qapılarını açaraq onlar üçün ödənişsiz göz müayinələri və müalicələri təşkil edib.
Noyabr ayının 24-ü klinika məcburi köçkünlər üçün salınmış “Qobu Park” qəsəbəsinə səfər edib. “Azercell Telekom” MMC, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı Nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və “Xəzər Qayğıkeşlik Layihəsi” təşkilatının birgə iştirakı ilə həyata keçən sosial aksiya zamanı Azercell-in Mobil Göz Klinikasında çalışan peşəkar həkimlər qəsəbənin sakinlərini optometrik müayinədən keçirib, görmə qabiliyyəti zəif olan vətəndaşlara isə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı Nümayəndəliyinin vasitəçiliyi ilə Yaponiyanın “Fuji Optical” şirkətinin ianə etdiyi yüksək keyfiyyətli optik eynəklər paylanılıb.
2020-ci il ərzində 161 insana ödənişsiz göz müayinəsi və müalicəsini təşkil edən Azercell-in Mobil Göz Klinikası, 9 illik fəaliyyət dövrü ərzində 7125 vətəndaşımıza təmənnasız tibbi yardım göstərib.
Ən müasir avadanlıqla təchiz olunmuş Azercell-in Mobil Diş Klinikası da pandemiya şəraitində çalışaraq təkcə avqust və sentyabr aylarında Pirallahı qəsəbəsində 200-dən çox xəstəni müayinə və müalicə edib. 2010-cu ildən etibarən fəaliyyətə başlayan klinika bu günə kimi ümumilikdə 8006 nəfərə xidmət göstərib.
Xatırladaq ki, hər iki klinikada müayinə və müalicə tədbirləri "Azercell Telekom" MMC-nin dəstəyi ilə "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyinin həkimləri tərəfindən həyata keçirilir.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 22 d. əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
5 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
Ən çox oxunanlar
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"

















