Şəhid ailələri, qazi və digər şəxslərə KREDİT GÜZƏŞTLƏRİNƏ BAŞLANDI
Azərbaycanın mikromaliyyə sektoru 2-ci Qarabğağ müharibəsində şəhidlərinin ailələrinə, qazilərə və müharibədən zərər çəkən digər şəxslərə kredit güzəştlərinə başlayıb.
Bu barədə Azərbaycan Mikromaliyyə Assosiasiyasından (AMFA) bildirilib.
"44 günlük 2-ci Qarabağ müharibəsində Azərbaycanın şanlı ordusu vətənimizin ayrılmaz tarixi parçası, qədim və zəngin mədəniyyətimizin sönməz ocağı Qarabağımızı düşmən tapdağından azad etdi. Bu qələbəyə görə şəhidlərimizə və qazilərimizə borcluyuq və onların ailələrinin sosial problemlərinin həll edilməsinə hər birimiz töhfəmizi verməliyik"-deyə AMFA-dan bildirilib.
Təşkilatdan bildirilib ki, Azərbaycan Prezidentinin tapşırığı ilə torpaqların azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş hərbiçilərin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələrin tam həcmdə silinməsi, düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinməsi qərarı verilib.
Hərbiçilərin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşların dəstəklənməsi məqsədilə AMFA üzvləri (BOKT-lar) yekdil olaraq müəyyən qərarlar qəbul edib. Aşağıda adı çəkilən BOKT-lar göstərilən 3 kateqoriya üzrə müharibə iştirakçısı və ya müharibədən zərər çəkmişlərin borclarının silinməsinə dəstək veriblər:
1) 2-ci Qarabağ müharibəsi şəhidləri və onların birinci səviyyəli ailə üzvləri (ata, ana, yoldaş, övlad); buraya eyni zamanda fiziki imkanlarını itirmiş qazilərimiz və onların birinci səviyyəli ailə üzvləri daxildir.
2) Müharibə zamanı raket hücumu nəticəsində evinə və biznesinə zərər dəymiş (Gəncə, Tər-Tər, Bərdə, vəs) müştərilər.
3) Müharibədə iştirak etmiş və müharibə zamanı xəsarət alan 1-ci səviyyəli müştərilər və onların ailə üzvləri borc üzrə faiz ödəməkdən azad olacaq.
Azərbaycanın mikromaliyyə təşkilatları – BOKT-lar tətəfindən şəhid və qazi ailələri, eləcə də vətəndaşlara aşağıdakı dəstək verilib:
1) «Viator Mikrokredit Azərbaycan» BOKT – 12 şəhid müştərinin 13 613 AZN kredit borcu silinmiş, evinə və ya biznesinə zərər dəymiş 3 müştəri 5 016 AZN kredit faizi ödəməkdən azad edilmiş, müharibədə iştirak etmiş və ya xəsarət alan birinci səviyyəli 9 müştəri isə 4 224 AZN olmaqla borc üzrə faiz ödəməkdən azad edilmişdir;
2) «KredAqro» BOKT - 3 şəhid müştərinin 4 237 AZN kredit borcu silinmiş, evinə və ya biznesinə zərər dəymiş 66 müştəri 174 822 AZN kredit faizi ödəməkdən azad edilmişdir
3) «İdeal Kredit» MMC BOKT - 2 şəhid müştərinin 343,58 AZN kredit borcu silinmiş, müharibədə iştirak etmiş və ya xəsarət alan birinci səviyyəli 4 müştəri isə 16,746 AZN olmaqla borc üzrə faiz ödəməkdən azad edilmişdir;
4) «Qafqaz-Kredit» MMC BOKT - 1 şəhid müştərinin 3 741 AZN olmaqla borcu silinmiş, müharibədə iştirak etmiş və ya xəsarət alan birinci səviyyəli 1 müştəri isə 398 AZN olmaqla borc üzrə faiz ödəməkdən azad edilmişdir;
5) «Avrasiya Kredit» BOKT - 4 şəhid ailəsinin 8 288 AZN kredit borcu silinmiş, 7 fiziki imkanını itirmiş qazimizin 1 217 AZN borcu silinmişdir;
6) «İnkişaf üçün Maliyyə» BOKT - 20 şəhid ailəsinin 37 052 AZN kredit borcu silinmişdir.
7) «Aqrarkredit» QSC BOKT - 5 şəhid ailəsinin 40 903AZN kredit borcu silinmişdir.
8) «FİNCA-Azərbaycan» BOKT 5 şəhid ailəsinin 10 661 AZN kredit borcu silinmişdir.
9) «FİNOKO» BOKT - 8 şəhidin 17 265 AZN kredit borcu silinmiş, 4 fiziki imkanını itirmiş qazimizin 5 216 AZN borcu silinmişdir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 58 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 21 saat əvvəl
-
21 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
21 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
22 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub






















