Onlayn kassa tətbiqinin vaxtı çatıb - “TAM HƏLL”i SEÇƏ BİLƏRSİNİZ
(®️) Ticarətinizdə ənənəvi kassalara “yox” deməyin və bazarın tələbi olan onlayn kassaların tətbiqinin vaxtı artıq çatıb. Bu məsələni həll etmək üçün “Tam Həll” sizin ən uğurlu seçiminiz ola bilər.
Omnitech şirkətinin sizə təklif etdiyi “Tam Həll” paketi ən müasir və çoxfunksiyalı kassa cihazı, daim təkmilləşən proqram təminatı və bu təminatı həyata keçirən 24/7 xidmətinizdə olan peşəkar mütəxəssis komandasını özündə birləşdirir.
"Omnitech" MMC-nin rəhbəri Orxan Məmmədov hesab edir ki, “Tam Həll” paketi onlayn kassalarla bağlı bütün imkanları özündə cəmləşdirir: “Yüksək keyfiyyətə malik cihaz, proqram təminatının daim inkişafı və bazarın tələbatına uyğunluğu bizimlə əməkdaşlıq edən sahibkarlara daim qabaqcıl imkanlar yaradacaq. Sahibkarların, vergi ödəyicilərinin artıq özünün bir sistemi, satış proqramı varsa da belə, o yeni nəsil kassa ilə vahid sistemdə işləmək üçün inteqrasiya edə bilər. Proqram təminatı olmayan və ya çox köhnə proqram təminatından istifadə edən sahibkarlar üçün xüsusi paket təklif olunur. Şirkətimizin daim müştəriyönümlü olması, təkcə məhsul və xidmətlərimizin yüksək keyfiyyətində deyil, münasib qiymətlərimizdə də özünü göstərir. Çox istərdik ki, sahibkarlarımız seçim zamanı daha diqqətli olsunlar. Uzun illər istifadə edə biləcəkləri, xidmətləri daim əlçatan olan, xidmətlərin tamamını özündə birləşdirən və daim inkişaf edən bir məhsul alsınlar. Ona görə bizim paket “Tam Həll” adlanır”.
Niyə “Tam Həll” paketini seçmək sahibkara daha çox üstünlük qazandırır?
- “Tam Həll” bugünkü bazarın ən üstün xüsusiyyətlərini özündə birləşdirir: Yüksək keyfiyyətli xidmət, proqramların universallığı və etibarlı kassa. Müştərilər bu paketi seçərək, bir illik proqram təminatına texniki dəstək və kassa üçün zəmanət əldə edirlər.
- Çoxfunksiyalı onlayn kassa Omnitech TPS575 müxtəlif biznes sahələrində işləmə üstünlüyünə malikdir. Nəzarət kassa aparatı haqqında ətraflı məlumat: https://omnitech.az/products/tps575.html
-“Tam Həll” paketində təklif olunan Wollat POS proqramı artıq onlayn kassayla inteqrasiya olunmuş bir həlldir. Eləcə də universal Wollat POS proqram təminatı 1C anbar uçotu və 1C platforması üzərində yığılan digər proqramlar ilə inteqrasiya oluna bilir.
-İxtisaslı mütəxəssislər paytaxt və bölgələrdə günün istənilən vaxtı, operativ şəkildə məsafədən (zəruri hallarda ticarət obyektinə gələrək) xidmət göstərir.
Əgər biznesinizdə ”Tam Həll” və ya inteqrasiyaya ehtiyac yoxdursa, bu zaman Omnitech şirkəti sizə TPS575 və yaxud yeni məhsul olan TPS320-ni təklif edə bilər.
Ticarətinizin kassa ilə bağlı problemini tam həll etmək istəyirsinizsə, elə indi www.omnitech.az saytımız vasitəsi ilə və yaxud +99450 600 17 11 ; +9912 310 17 11 telefon nömrələri ilə əlaqə saxlayın, ən qısa zamanda məsələni “Tam Həll” edək !
Qeyd edək ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, pərakəndə ticarət və ictimai iaşə obyektlərində, yanacaqdoldurma məntəqələrində hesablaşmalar yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə həyata keçiriləcək. Bununla da sahibkarlar rahat və əlverişli nəzarət mexanizminin qurulmasına, uçot və əməliyyat sisteminin təkmilləşdirilməsinə və daxili audit sisteminin sadələşdirilməsinə nail olacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
11 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 11 saat əvvəl
-
11 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
11 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ






.jpg)











.jpg)







