“Bank of Baku”nun gəlirləri artıb - MALİYYƏ VƏZİYYƏTİNİ AÇILADI
“Bank of Baku” ASC 2020-ci ili 12 milyon 673 min manat xalis mənfəət ilə başa vurub. Xatırladaq ki, Bank 2019-cu ili 24 milyon 571 min manat xalis mənfəət ilə bağlamışdı.
GƏLİRLƏRİ ARTIB
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, “Bank of Baku”nun 2019-cu ildə 43 milyon 25 min manat təşkil etmiş faiz gəlirləri 2020-ci ildə 53 milyon 602 min manat təşkil edib (ötən il 10 milyon 577 min manat artıb). Bankın qeyri-faiz gəlirləri isə 9 milyon 176 min manatdan 9 milyon 398 min manata yüksəlib (ötən il 222 min manat artıb).
ƏMƏLİYYAT MƏNFƏƏTİ KƏSKİN ARTIB
Ötən il Bank of Bakunun cəmi faiz və qeyri-faiz gəlirləri 10 milyon 799 min manat, cəmi faiz və qeyri-faiz xərcləri isə 4 milyon 544 min manat artıb. Gəlirlərin artması xərclərin artmasını üstələdiyindən (xalis artım 6 milyon 255 min manat) Bankın əməliyyat mənfəəti 7 milyon 274 min manatdan 13 milyon 529 min manata yüksəlib.
Bank of Bakunun xalis mənfəətinin azalması bankın cari biznes fəaliyyətindən qaynaqlanmır, azalma mümkün zərərlər üzçün əvvəlki dövrlərdə yaradılmış ehtiyatdan azad olan vəsaitin azalması ilə əlaqədardır. Əgər 2019-cu ildə ehtiyatdan 24 milyon 258 min manat azad olaraq mənfəətə əlavə edilmişdirsə, 2020-ci ildə bu rəqəm 3 milyon 648 min manat təşkil edib.
BANK BÖYÜYÜB
2019-cu illə müqayisədə 2020-ci ildə Bank of Baku-nun cəmi aktivləri 28 milyon 469 min manat artaraq 409 milyon 563 min manata çatıb. Ötən il müştərilərə verilmiş kreditlər cüzi – 212 min manat azalaraq ilin sonunda 337 milyon 946 min manat təşkil edib.
Ötən il Bank of Baku biznes kreditləri portfelini 13 milyon 16 min manat artıraraq 94 milyon 940 min manata, daşınmaz əmlak kreditləri portfelini isə 4 milyon 538 min manat artıraraq 13 milyon 293 min manata çatdırıb. Bankın istehlak kreditləri portfeli isə 16 milyon 217 min manat azalaraq 229 milyon 713 min manata düşüb.
DEPOZİTLƏR ARTIB
Ötən il Bank of Bakuda cəmi depozitlər 10 milyon 262 min manat artaraq 193 milyon 485 min manata çatıb, o cümlədən fiziki şəxslərin depozitləri 15 milyon 476 min manat artaraq 171 milyon 531 min manata, hüquqi şəxslərin depozitləri isə 3 milyon 787 min manat artaraq 21 milyon 954 min manata qalxıb.
MƏCMU KAPİTALI ARTIB
31 Dekabr 2020-ci il tarixində Bank of Baku 88 milyon 43 min manat məcmu kapitala malik olub. 31 Dekabr 2019-cu il tarixində "Bank of Baku" 54 milyon 224 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 58 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 21 saat əvvəl
-
21 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
21 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
22 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub






















