“Günay Bank” ötən ili mənfəətlə başa vurub
2020-ci ilin əvvəlindən bugünə qədər davam edən pandemiya, həmçinin il ərzində yaranmış digər ciddi vəziyyətlərin iqtisadi durumla bağlı yaratdığı çətinliklərə baxmayaraq “Günay Bank“ ASC ötən ili mənfəətlə başa vurmuşdur.
Bankdan Marjaya daxil olmuş məlumatda bildirilir ki, qeyd olunan dövr ərzində Bank 408 min manat mənfəət əldə etmişdir.
Belə ki, ümumi aktivlər də 29,2 milyon - yəni 215.8 mln-dan 245 mln manata yüksəlmişdir.
Dövrün sonuna nağd pul vəsaitləri 18.9 mln-dan, 20.9 mln-a çataraq 2 milyon manat artmışdır.
Eyni zamanda məcmu kapital 0.7 milyon artaraq, 64.2 mln manatdan, 64.9 mln manata çatmışdır.
Ümumi kredit portfeli isə 165.9 mln-dan 193.1 mln-a yüksəlmiş və nəticədə 27.2 mln manat artımla nəticələnmişdir.
“Günay Bank“ ASC tərəfindən təqdim olunan illik hesabata ümumən nəzər salsaq, belə qənaətə gəlmək olar ki, Bank öz fəaliyyətində müsbət tendensiyasını davam etdirməyə, mövcud durumun problemlərinə rəğmən 2020-ci ili mənfəətlə başa vurmağa nail olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
“Azeronline”-a yeni Baş müdir təyin edilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər













.jpg)




