Bu bank zərərdən xilas ola bilmir
Bir neçə ildir “VTB Bank Azərbaycan”ın üzərində "qara buludlar" dolaşır. Bank gəlirlərini kəskin artıraraq əməliyyat zərərindən xilas ola bilmir.“VTB Bank Azərbaycan” ASC 2020-ci ili 3 milyon 860 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2019-cu illə müqayisədə 895 min manat və ya 18,8% azdır. “VTB Bank Azərbaycan” ASC 2019-cu ili 4 milyon 755 min manat xalis mənfəət ilə bağlamışdı. Təəccüblənməyin, ötənilki mənfəət də Bankın cari biznes fəaliyyətindən qaynaqlanmır. Hələ də “VTB Bank Azərbaycan” xərclərini ödəyəcək qədər gəlir təmin etməyi bacarmayıb.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ildə “VTB Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri 14 milyon 170 min manat, cəmi əməliyyat xərcləri 22 milyon 895 min manat təşkil edib. Bankın xərcləri gəlirlərini üstələdiyindən 8 milyon 725 min manat əməliyyat zərəri yaranıb. Eyni zamanda əvvəlki dövrlərdə mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatdan azad olmuş 12 milyon 585 min manat hesabına həm əməliyyat zərəri bağlanıb, həm də Bankın 3 milyon 860 min manat xalis mənfəəti yaranıb.
2019-cu ildə “VTB Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri 13 milyon 76 min manat, cəmi əməliyyat xərcləri 23 milyon 206 min manat, xərclər gəlirlərini üstələdiyi üçün əməliyyat zərəri 10 milyon 130 min manat təşkil etmişdi. Ehtiyatdan azad olmuş 14 milyon 884 min manat hesabına Bankın həm əməliyyat zərəri bağlanmış, həm də 4 milyon 755 min manat xalis mənfəət formalaşmışdı.
Beləliklə, “VTB Bank Azərbaycan” gəlirlərinin xərclərini üstələməsinə nail ola bilmir.
Ötən ilin xalis mənfəətin hesabına Bankın yığılmış zərəri 256 milyon 810 min manatdan 252 milyon 950 min manata düşüb.
31 Dekabr 2020-ci il tarixində “VTB Bank Azərbaycan” 187 milyon 341 min manat cəmi aktivlərə, o cümlədən 125 milyon 869 min maant kredit portfelinə malik olub. Bank 2019-cu ilin sonunda 157 milyon 359 min manat cəmi aktivlərə, 238 milyon 214 min manat kredit portfelinə malik idi. Bankın xalis kredit portfeli 62 milyon 47 min manatdan 86 milyon 75 min manata yüksəlib.
“VTB Bank Azərbaycan” 2020-ci ilin sonunda 61 milyon 596 min manat məcmu kapitala malik olub. 2019-cu ilin sonunda Bank 58 milyon 21 min manat məcmu kapitala malik idi.
Xatırladaq ki, “Bank VTB Azərbaycan” ASC 2018-ci ili 250 milyon 847 min manat zərər ilə bağlamışdı. Zərərin səbəbi Bankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 231 milyon 139 min manat ayırması ilə bağlı idi.
Xatırladaq ki, "Bank VTB Azərbaycan" ASC-nin nizamnamə kapitalının 99,9999 %-i "Bank VTB Rusiya"ya, 0,0001%-i fiziki şəxsə məxsusdur.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 15 saat əvvəl
-
- 16 saat əvvəl
-
16 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
17 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
17 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
17 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!





















