Elektrikli və hibrit avtomobillərin satışı artır
Avropa Birliyində (AB), 2020-ci ildə elektrikli və hibrit avtomobillərin satışları artıb və cəmi bazardakı payları 22,4%-ə çatıb.
Avropa Avtomobil İstehsalçıları Birliyi (ACEA), Avropa Birliyi (AB) ölkələrində 2020-ci ildə yanacaq növlərinə görə avtomobil satışı məlumatlarını ehtiva edən araşdırmasını açıqlayıb.
Marja xəbər verir ki, 2020-ci ildə AB ölkələrində satılan avtomobillərin 47,5%-i benzin, 28%-i dizel, 11,9%-i hibrit, 10,5%-i elektrikli və 2,1%-i də alternativ yanacaqla hərəkətə gələn vasitələr olub.
AB ölkələrində 2019-cu ildə cəmi 7 milyon 514 min 812 ədəd olan benzin ilə hərəkətə gələn avtomobil satışları 2020-də 37,3% azalaraq 4 milyon 713 min 778-ə enib.
Bənzər şəkildə, dizel avtomobillərin satışı 2019-dakı 4 milyon 106 min 951 səviyyəsindən 32,3% geriləmə ilə 2020-də 2 milyon 778 min 817-ə düşüb.
Hibrit avtomobillərin 2019-cu ildəki 742 min 84 ədədlik satışı isə 2020-ci ildə 59,4% artaraq 1 milyon 182 min 792 ədəd təşkil edib.
Enerji yığa bilən hibrit vasitələrin (PHEV) 2019-cu ildə 139 min 954 olan satışları da 2020-ci ildə 262,3% artaraq 507 min 59-a çatıb.
Tamamilə elektrikli avtomobillərin (BEV) satışı 2019-da 247 min 854 ədəd ikən, 117,4% artımla, 2020-də 538 min 772-yə qalxıb.
Beləliklə, elektrikli avtomobillər və enerji yığa bilən hibrit vasitələrin meydana gətirdiyi ECV qrupu avtomobillərin 2020-ci ildəki satışı 1 milyon 45 min 831 ədəd təşkil edib.
Elektrik xaricində digər müxtəlif alternativ yanacaqları istifadə edən avtomobillərin satışı isə əvvəlki illə müqayisədə 18,1% düşərək 2020-də 208 min 372 oldu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 28 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 41 d. əvvəl
- 49 d. əvvəl
-
12 saat əvvəl
“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 2 gün əvvəl
-
2 gün əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
2 gün əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

OPEC+ gündəlik neft hasilatını 137 min barel artıracaq

Rəsmi məzənnələr açıqlandı

Qızıl daha da bahalaşdı, qiyməti 4 min dollara yaxınlaşdı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

Bakı Fond Birjasının dövriyyəsi 37,5% artıb

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!
