Aktivləri 1 milyard manatdan çox olan 5 bank
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il yanvarın 1-nə aktivləri 1 milyard manatdan çox olub.
Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (8 milyard 962 milyon 793 min manat), “PAŞA Bank” (5 milyard 513 milyon 21 min manat), “Kapital Bank” (5 milyard 227 milyon 472 min manat), “Xalq Bank” (2 milyard 353 milyon 91 min manat) və “Bank Respublika”dır (1 milyard 34 milyon 39 milyon manat).
Qalan 21 bankdan 6-da aktivlər 500 milyon manatdan 1 milyard manata qədər, 13 bankda 100-500 milyon manat arasında, 2 bankda isə 100 milyon manatdan azdır.
12 bankın aktivləri azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 12-nin bu il yanvarın 1-nə aktivləri illik müqayisədə az olub.
Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (ABB), “Xalq Bank”, “Access Bank”, İran Milli Bankının Bakı filialı, “Bank Avrasiya”, “Express Bank”, “Azərbaycan Sənaye Bankı”, “Muğan Bank”, “Yapı Kredi Bank Azərbaycan”, “Yelo Bank”, “bank Respublika” və “AFB Bank”dır.
Ən çox azalma “AFB Bank”da (51%), ən az azalma isə ABB-də (2,8%) qeydə alınıb.
Qalan 14 bankın isə aktivləri artıb. Ən yüksək dinamika “Naxçıvan Bank”da (28,7%), ən aşağı dinamika isə “Premium Bank”da (1,7%) qeydə alınıb.
Marja.az Telegramda: https://t.me/marjaaz
“Renkinq”
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
7 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
7 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
8 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!




















