Azərbaycanda qaza tələbat kəskin artıb
Azərbaycan ərazisində hava şəraitinin dəyişəcəyi barədə verilən məlumatdan sonra “Azəriqaz” İstehsalat Birliyi fevral ayının 17-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
“Azəriqaz”dan verilən məlumata görə, növbəti daha kəskin soyuq qış günlərinin fevral ayının 23-dən müşahidə ediləcəyini nəzərə alaraq Birliyin müvafiq strukturlarına bir daha işlərinə məsuliyyətli yanaşmaları barədə baş direktor Ruslan Əliyev tərəfindən tapşırıqlar verilib. Təbii qazın tələbata uyğun normal rejimlərdə paylanılması, növbəli iş rejimlərinin düzgün təşkili diqqətdə saxlanılacaq. Qaz şəbəkəsində vacib təmir prosesləri bu günlərdə təxirə salınıb. Qəza, qaz sızması, qaz sayğacları ilə bağlı nasazlıqlar ortaya çıxarsa, operativ şəkildə aradan qaldırılacaq.
“Əlavə olaraq qeyd etmək istərdik ki, fevral ayının 17-dən bu günə qədər sutkalıq təbii qaz qəbulunda artım müşahidə edilməkdədir. Təqribən qəbul olunan qazın həcmi sutkalıq 32-35 mln. kubmetr arasında dəyişir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hətta sutkalıq 8 milyon kubmetrədək artımın müşahidə olunduğu günlər var. Bu həcmdə qazın qəbulu artan tələbatdan irəli gəlir. Belə ki, 2,4 mln. minə yaxın əhali abonentinin istifadəsində olan qaz cihazlarının soyuq vaxtlarda işlək saatlarının müddəti uzanır və bu da, sonda abonentin ümumi sərfiyyatında artım kimi qaz sayğaclarında qeydə alınır”, - “Azəriqaz”dan bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)









.jpg)







