"Twitter" Azərbaycanın sosial media məkanında liderliyə yüksəlib
Bu ilin fevral ayında Azərbaycanda "Twitter" istifadəçilərinin fəallığı yanvar ayı ilə müqayisədə 0,7 faiz bəndi azalıb.
"Global Stats" statistika mərkəzinin hesabatı əsasında aparılmış hesablamalara görə, martın 1-nə "Twitter"in Azərbaycanın sosial media bazarında payı 23% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 13,6 faiz bəndi çoxdur. Populyarlığına görə "Twitter" ölkənin sosial media bazarında birinci yeri tutur.
Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Instagram" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı fevral ayı ərzində 1,9 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin mart ayının 1-nə 22,3% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən təqribən 2,9 faiz bəndi çoxdur.
Bu ilin fevral ayı ərzində ölkə üzrə "YouTube" şəbəkəsinin istifadəçilərinin fəallığı 0,2 faiz bəndi artıb. Martın 1-nə olan məlumata görə, "YouTube" Azərbaycan sosial media bazarında 20,2% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz bəndi çoxdur.
Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Facebook" – 18,3, " Pinterest " – 14,6, "VKontakte" – 0,66%, "Reddit" – 0,4%, və s.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
52 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı



























