Bank biznes kreditləri üçün komissiyanı ləğv etdi
Bank VTB (Azərbaycan)-ın “0% dəyərini kəşf et” aksiyası çərçivəsində kiçik biznesin “Sərmayə” və “Dövriyyə” kredit məhsulları daha da sərfəli olub. Bankın yaydığı məlumata görə, indi sahibkarlar krediti komissiyasız əldə edə bilər. Yaz aksiyası 30 aprel 2021-ci ilədək qüvvədədir.
“Sərmayə” və “Dövriyyə” kreditləri həm fərdi sahibkarlara, həm hüquqi şəxslərə illik 14,5% -dən başlayan faiz dərəcəsilə verilir. Hər iki kredit üzrə maksimal məbləğ 660 min manat (və ya rubl ekvivalenti) təşkil edir.
“Sərnayə” krediti əmlakın alınması (o cümlədən nəqliyyat, xüsusi texnika, daşınmaz əmlak), əsas vəsaitin təmiri və yenidən qurulması, tikintisi, yeni fəaliyyət növünün inkişafı və biznesin genişləndirilməsi, eləcə də örtüksüz sənədli əməliyyatlar üzrə hesablaşmalar və digər banklardakı borcların maliyyələşməsi üçün təklif edilir. Kreditin müddəti 5 ilədəkdir.
“Dövriyyə” kreditini sahibkarlar dövriyyə vəsaitinin artırılması (əmtəə-material qiymətlilərinin alınması, təchizatçı və podratçılar ilə hesablaşmalar), əməliyyat xərclərinin maliyyələşədirilməsi, eləcə də örtüksüz sənədli əməliyyatlar üzrə hesablaşmalar məqsədilə istifadə edə bilərlər. Kreditin müddəti 3 ilədəkdir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 16 d. əvvəl
-
- 20 d. əvvəl
- 46 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















