Ötən il Gəncədə 57 milyon nəfərə yaxın sərnişin daşınıb
2020-ci il ərzində Gəncə şəhəri üzrə ilkin hesablamara əsasən avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 56,8 milyon nəfər sərnişin (ondan 11,1 milyon nəfər (19,6 faiz) hüquqi, 45,7 milyon nəfər (80,4 faiz) fiziki şəxslər tərəfindən) daşınmışdır.
Gəncə Statistika İdarəsindən Marja-ya daxil olmuş məlumata görə, il ərzində avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 3 milyon 467 min ton yük daşınmışdır.
Nəqliyyatda muzdla çalışan 2554 nəfər işçiyə verilən (1 nəfərə düşən) orta aylıq əməkhaqqı 432,3 manat təşkil etmiş və əvvəlki ilə nisbətən 8,8 faiz artmışdır. Dövlət nəqliyyat müəssisələrində işçilərin orta aylıq əməkhaqqı 461,2 manat, qeyri-dövlət sektorunda 305,2 manat təşkil etmişdir.
İnformasiya və rabitə müəssisələri tərəfindən 2020-ci ildə müəssisə, təşkilatlara və əhaliyə faktiki qiymətlərlə 6,2 milyon manat dəyərində xidmət (ondan 5,8 milyon manat (92,3 faiz) dövlət sektoru, 0.4 milyon manat (7,7 faiz) qeyri-dövlət sektoru tərəfindən) göstərilmişdir.
İnformasiya və rabitədə muzdla çalışan 519 nəfər işçiyə verilən (1 nəfərə düşən) orta aylıq əməkhaqqı 448,7 manat təşkil etmiş və əvvəlki ilə nisbətən 7,9 faiz artmışdır. Dövlət müəssisələrində işçilərin orta aylıq əməkhaqqı 432,6 manat, qeyri-dövlət sektorunda 487,8 manat təşkil etmişdir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb

























