Palçıq vulkanlarının birində turizm kompleksinin tikintisi təxirə salınıb
"Qobustanda olan palçıq vulkanlarının birində turizm kompleksinin tikintisi işləri təxirə salınıb. Ümid edirik ki, yaxın gələcəkdə bu baş tutacaq".
Bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Turizm Bürosunun (ATB) Baş icraçı direktoru Florian Zenqstşmid deyib.
Qeyd edək ki, Qobustan ərazisində Qoturdağ palçıq vulkanı yerləşir. Bakıdan 70 kilometr cənub-qərbdə, Ayrantökən adlanan sahənin 3 km-liyində yerləşən vulkanın hündürlüyü 150 metrdir. Vulkan dərinliyi 15-20 metr, diametri 150 metr olan kəsik konus şəklindədir. Qoturdağ vulkanı aktivlik baxımdan digərlərindən fərqlənir. 100 ildən artıqdır ki, vulkanda gözəl mənzərə müşahidə olunur: fasiləsiz qeyri-adi püskürmə prosesi baş verir ki, bu da uzunluğu 50 metr, eni 15 metr olan nalşəkilli krater boğazından çıxan günbəzşəkilli palçıq kütləsinin əmələ gəlməsinə səbəb olur. Yarıquru brekçiya yuxarı sıxılıb çıxır və parçalanaraq yamac boyu aşağı axır. Bu hadisə ilk dəfə 1926-cı ildə müşahidə olunub. Bu proses 1966-cı ilə qədər davam edib. Sonra isə həmin ilin oktyabrında və 1970-ci ilin yazında adi püskürmə baş verib.
Mütəxəssislərin fikrincə, Azərbaycan dünyada palçıq vulkanlarının geniş yayıldığı ölkə kimi tanınır. Yer kürəsindəki 800-dək palçıq vulkanından təxminən 320-si ölkəmizin ərazisindədir. Əsasən Bakı və Abşeron yarımadasında, eləcə də Qobustan və Şamaxı rayonları ərazisində yayılmış palçıq vulkanlarının bəziləri təbiət abidəsi kimi formalaşıb.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır












.jpg)








