Tikinti layihələri üçün rəylərin alınması asanlaşır
Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik ediləcək.
Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklə bağlı qanun layihəsi tikinti obyektinin layihələndirilməsi üçün zəruri olan ilkin məlumatların əldə edilməsi, gələcək tikintinin uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi üçün ərazinin tikinti planlarının real tətbiqi, texniki şərtlərin verilmə müddətinin azaldılması və “vahid pəncərə” prinsipi ilə tənzimlənməsi, tikinti layihələri üçün tikintiyə icazə alma müddətini azaldılması, ekspertiza tələb olunmayan tikinti layihələri üçün aidiyyəti təşkilatlardan rəylərin alınması prosedurunun sadələşdirilməsini nəzərdə tutulur.
Bu dəyişikliyə əsasən, tikinti layihələrinin həyata keçirildiyi ərazilər üzrə ərazi-tikinti planlarının rolu artırılır. Qanun layihəsinə əsasən, ərazi üzrə ümumi tələbləri nəzərdə tutan bu planlar fərdi qaydada tikinti layihələrinin layihələndirilməsini, şəhərsalma normativlərinin əvvəlcədən nəzərə alınmasını xeyli asanlaşdıracaq.
25 İLLİK DÖVLƏT İPOTEKASI İLƏ MƏNZİLLƏR
Sənədə əsasən, sifarişçilər tikintidən əvvəl müvafiq icra hakimiyyətinə müraciət edərək tikinti parametrləri barədə ilkin məlumatları əldə edə biləcəklər. mövcud qanunvericiliyə əsasən, təchizat müəssisələri 15 gün ərzində texniki şərtlərlə bağlı sorğuya cavab verməlidir. Təklif edilən dəyişikliyə əsasən, bu müddət azaldılır. Belə ki, təkliflər qəbul edilsə, sifarişçilər bu sorğuları 10 gün ərzində cavablandırılmalıdır. Məcəllədə yeni məlumatlandırma sisteminin də qurulması nəzərdə tutulub. Bu sistem vasitəsilə sifarişçilər elektron qaydada, rahat şəkildə tikintiyə dair tələb olunan məlumatları əldə edə biləcəklər. Göründüyü kimi, bütün bu yeniliklər tikinti layihəsini hazırlanmasının mümkün dərəcədə asanlaşdırılmasına, həmçinin mövcud tikinti və şəhərsalma normativlərinə uyğun aparılmasına yönəlib.
Digər vacib məqam tikintiyə icazəyə müraciət ilə bağlıdır. İlkin məlumatlar əsasında layihə hazırlayan sifarişçi layihə sənədləri ilə müvafiq icra hakimiyyətin orqanına müraciət edir. Tikinti obyektləri ekspertizası tələb olunan və olunmayanlara bölünür. Hazırda hər iki kateqoriya obyekt üzrə tikintiyə icazə alma müddəti 3 ayadək uzanır. Dəyişikliyə görə isə ekspertizası tələb olunan obyektlərə icazə bir ay müddətində, tələb olunmayanlara isə 12 iş günü müddətində veriləcək.
Tikintiyə icazə verilərkən hazırda aidiyyəti təşkilatlarla 15 gün ərzində reallaşdırma proseduru mövcuddur. Yeni dəyişikliklərə əsasən, yalnız ekspertizadan keçirilməsi tələb olunan obyektlərə dair 15 iş günü ərzində aidiyyəti təşkilatlarla razılaşdırmalar aparılacaq, ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə isə bu prosedur cəmi 5 gün təşkil edəcək. Rəyləri alınan təşkilatların Nazirlə Kabineti tərəfindən müəyyən edilir və bu siyahıdan kənar təşkilatla razılaşdırma aparılmasına yol verilməyəcək.
Tikintiyə icazə ilə bağlı növbəti vacib məslə tikinti obyektinə texniki şərtlərin alınması ilə bağlıdır. Məcəlləyə edilmiş dəyişikliyə görə, artıq bütün texniki şərtlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən sifarişçinin tikintiyə icazə müraciəti əsasında ASAN sistemi vasitəsilə 10 gün ərzində əldə ediləcək və sifarişçiyə təqdim olunacaq.
Yeni dəyişikliyə əsasən, tikinti obyektinin istismarına icazə verilmə müddəti 30 gündən 20 günə endirilib. Bu müddət ərzində məsələyə baxılır və qərar qəbul edilir.
Ekspertizadan keçirilmə tələb olunmayan obyektlərə icazənin alınması prosesi də xeyli sadələşdirilib. Bundan sonra, mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində təyinatı üzrə insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrin sayı ikidən çox olmayan anbar binalarının layihələri də ekspertizadan keçirilməyəcək.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
6 d. əvvəl
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
- 47 d. əvvəl
-
1 saat əvvəl
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılır
-
2 saat əvvəl
Azərbaycanın xaricə fındıq satışından gəliri artıb - 171 MİLYON DOLLARA YAXIN QAZANC
-
2 saat əvvəl
“Meqa Sığorta”nın İdarə Heyətinin sədr müavini vəzifəsindən ayrılıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
S&P: Azərbaycan bankları 2026-cı ildə dayanıqlılığını qoruyacaq
-
3 saat əvvəl
Vaxtında uçota durmayan “Classnet” internet provayderi cərimələndi
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dünyanın ən çox qazanan futbol komandaları açıqlanıb
S&P: Azərbaycan bankları 2026-cı ildə dayanıqlılığını qoruyacaq
Ən çox oxunanlar
Vaxtında uçota durmayan “Classnet” internet provayderi cərimələndi
Azərbaycan neftinin son qiyməti
İrşad-da “ŞAD Günlər” başladı!
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?
Azərbaycana pomidor ixracından daxil olan valyuta 10 faizə yaxın artıb - 192,5 MİLYON DOLLARLIQ İXRAC
Rəsmi məzənnələr açıqlandı
Swissôtel & Raffle Residences – Sea Breeze-də premium yaşayış imkanı



















