"Müalicə-sağlamlıq müəssisələri həftəsonu istirahət üçün əlavə xidmətlər təklif edə bilmir"

“Azərbaycandakı müalicə-sağlamlıq müəssisələri qonaqlara həftəsonu istirahətinin səmərli keçirmələri üçün əlavə xidmətlər təklif edə bilmir. Yerli sənaye üzvlərinin asudə vaxtın təşkli ilə bağlı mövcud problemlərdən biri məhz budur”.
Marja xəbər verir ki, bu, Dövlət Turizm Agentliyinin təşəbbüsü və dəstəyi ilə hazırlanmış “Azərbaycanda sağlamlıq turizmi – cari vəziyyət və inkişaf perspektivləri” adlanan hesabatda bildirilir.
Hesabatda qeyd edilib ki, Azərbaycanda fəaliyyət göstərən müalicə-sağlamlıq mərkəzlərində rekreasiya xidmətləri idman və sağlamlıqla əlaqəli müəssisədaxili tədbirlərdən ibarətdir. Abşeron sanatoriyalarında bu istiqamətdə görülmüş işlər siyahısında idman meydançasında gəzinti ərazisi, idman qurğuları, tennis kortu və digər idman tədbirlərinin təşkili yer alır, stoüstü oyunlar və kitabxana fəaliyyət göstərir. Bu xidmət çeşidi Abşeronun bütün sanatoriyalarında mövcud deyil. Ümumilikdə, Abşeron sanatoriyalarında pasiyentlərin asudə vaxtının təşkili əsas xidmət sahəsi olaraq nəzərdə tutulmur, yardımçı sahə kimi baxılır
“Naftalandakı kurort-sanatoriya müəssisələrində asudə vaxtın təşkilində “Qaşaltı”, “Garabag Resort & SPA” və “Möcüzəli Naftalan” müalicə-sağlamlıq mərkəzləri daha çox xidmətlər təklif edir. Qeyd olunan müəssisələr üçgüçülük hovuzu, kinoteatr, animasiyalar, canlı musiqi, internet, oyun avadanlıqları, uşaqların əylənməsi üçün yerlər, açıq və qapalı idman yerlərinin olması ilə seçilir.
“Qalaalti Hotel & Spa” və “Lankaran Springs Wellness Resort” müalicə mərkəzlərində asudə vaxtın təşkilində hoteldaxili müxtəlif növ xidmətlər turistlərə təqdim olunur. Eyni zamanda, hoteldaxili xidmətlərin sayının çox olması da gələn turistlərin istirahəti üçün əlverişli şərait yaradır.
Asudə vaxtın təşkilində beynəlxalq təcrübənin təhlili göstərir ki, müalicə-sağlamlıq mərkəzlərində asudə vaxtın təşkilinə yönəldilən tədbirlər intensiv terapiya və müalicə ilə bağlı olan və həftə sonları təqdim edilən xidmətlərdən ibarətdir. İntensiv müalicə dövründə təqdim olunan xidmətlər əsasən hoteldaxili istirahət, idman, stolüstü oyunlar, əyləncə yerləri, kitabxanalar və s.-dən istifadəyə əsaslanır. Həftəsonu asudə vaxtın təşkilində isə üstünlük tur və ekskursiyalara verilir və iki istiqamət əsas götürülür: mədənidərketmə və təbiət turları”.
Hesabatda qeyd edilib ki, müalicə-sağlamlıq müəssisələrinin göstərdiyi xidmətlərin çeşidinin artması və təyinatının çoxtərəfli istiqamətdə dəyişməsi də asudə vaxtın təşkilində müxtəlifliklərə səbəb olur. Belə ki, müalicə-sağlamlıq müəssisələri sanatoriyalar, kurort və termal SPA, həmçinin istirahət SPA mərkəzlərinə bölünür. Həmçinin ixtisaslaşdırılmış müalicə-sağlamlıq xidmətlərinin geniş yayılması da insanların müəyyən xəstəliklərə görə onları seçməsinə səbəb olur. Buna görə də, bir çox müalicə-sağlamlıq müəssisələrində turistlərin asudə vaxtının təşkilində hoteldaxili xidmətlərə önəm verilir. Həftəsonu tur və ekskursiyaların planlaşdırılmasında brokerlər və səyahət agentlikləri daha fəal iştirak edir.
Azərbaycandakı müalicə-sağlamlıq müəssisələri qonaqlara həftəsonu istirahətinin səmərli keçirmələri üçün əlavə xidmətlər təklif edə bilmir. Yerli sənaye üzvlərinin asudə vaxtın təşkli ilə bağlı mövcud problemlərdən biri məhz budur.
Həftəsonu asudə vaxtın təşkilində üç istiqamətdən birinin seçilməsi məqsədəuyğundur. Belə xidmətlərin formalaşdırlmasında səyahət agentlikləri və brokerlər fəal iştirak edə bilərlər. Müalicə-sağlamlıq müəssisələri bu sahədə aktiv olan və öz layihələrini təklif edən turizm şirkətləri və ya yeni formalaşan destinasiya təşkilatları ilə əməkdaşlıq edərək bu sahədə üzləşdikləri çətinlikləri aradan qaldırmaqla bərabər, turistlərə daha keyfiyyətli və tam xidmət paketi təklif edə bilərlər. Beynəlxalq təcrübəyə əsasən, belə müalicə-sağlamlıq müəssisələrində həftəsonu asudə vaxtın təşkilində səyahət agentlikləri fəal iştirak edir və hazırladıqları turizm paketləri, eksursiya və digər xidmətləri turistlərə daha güzəştli şərtlərlə sata bilir. Ölkəmizdə qeyd olunan təcrübədən istifadə olunması turistlərin müalicə-sağlamlıq müəssisələrinə cəlb olunmasında əlavə marketinq aləti rolunda çıxış edə bilər.
Azərbaycandakı müalicə-sağlamlıq mərkəzlərinin bir hissəsi tərəfindən həyata keçirilən ekskursiya xidmətlərinin əksəriyyəti yaxınlıqda yerləşən mədəni obyektlər və tarixi abidələrdə baş tutur. Buna görə də bu yerlərin müalicə-sağlamlıq mərkəzlərinə yaxın yerləşməsi, xüsusən də məsafənin əsasən 150 km-a qədər olması məqsədəuyğun hesab olunur”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
35 d. əvvəl
AMD və OpenAI strateji tərəfdaşlıq qurdu, AMD səhmləri 38% bahalaşdı
-
-
39 d. əvvəl
Tramp yük avtomobilləri üçün 25 %-lik gömrük rüsumu elan edib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

AMD və OpenAI strateji tərəfdaşlıq qurdu, AMD səhmləri 38% bahalaşdı

Tramp yük avtomobilləri üçün 25 %-lik gömrük rüsumu elan edib

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb
