Kapital Bank-ın rəhbərliyi müharibə iştirakçıları ilə görüş keçirdi
Bildiyiniz kimi 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Silahlı Qüvvələrimiz erməni işğalçıları tərəfindən zəbt edilmiş torpaqlarımızda uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, demək olar ki, hər gün bizi qələbə müjdələri ilə sevindirirdilər. 44 gün davam edən Vətən müharibəsi ərzində müzəffər ordumuz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, eləcə də bir sıra digər yaşayış məntəqələrimizi hərbi cəsarət hesabına düşmən tapdağından azad etdi.
Hər bir təşkilatda olduğu kimi ölkənin birinci bankı olan Kapital Bank-ın əməkdaşları da müharibədə iştirak edib, qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızın azad olunması uğrunda mübarizə aparıb. Bayram ərəfəsində Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin iştirakı ilə “Tarix Yazan Qəhrəmanlarımız” adlı tədbirdə Bankın 92 nəfər əməkdaşı iştirak edib.
Tədbirin əvvəlində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra İdarə Heyətinin sədri Rövşən Allahverdiyev çıxış edərək igid əməkdaşlarımıza minnətdarlığını bildirdi. İnsan resurslarının idarə edilməsi departamentinin direktoru Fərqanə Məmmədova və Pərakəndə satış idarəsinin baş direktoru Ramil İmamov da tədbir iştirakçılarını təşəkkürnamələr ilə təltif etdilər.
“Bu qələbəni qazanmaq üçün hamı bir nəfər kimi Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi və lazım olan nəticəni əldə etdik. İndi biz bütöv, işğaldan azad olunmuş, müstəqil bir ölkənin vətəndaşlarıyıq. Bu, olduqca qürurverici və gözəl hissdir. Bildiyiniz kimi bizim elə filiallarımız var ki, işğal altında olan rayonlarımızın adını daşıyır. Lakin əfsuslar olsun ki, bu filiallar həmin rayonlarda deyil, məcburi köçkünlərin yerləşdiyi qəsəbələrdə, şəhərlərdə fəaliyyət göstərirdi. Artıq bankın filiallarının öz adları ilə azad olunmuş torpaqlarında fəaliyyət göstərmək vaxtı gəlib”, - deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirdi.
Tədbirdə həmçinin müharibə zamanı qəhrəmancasına şəhid olan Kapital Bank-ın Nəzarət departamentinin əməkdaşı Fərhad Fərhadlının atası Vüqar Fərhadlı və şəhid İsmayıl Kərimlinin atası, Bankın İnzibati idarəetmə departamentinin direktor müavini Ceyhun Kərimov fəxri qonaq qismində iştirak edirdi.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
15 d. əvvəl
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
- 22 d. əvvəl
- 26 d. əvvəl
-
55 d. əvvəl
Aeroportların tikintisi üçün torpaq alınması dövlət ehtiyacı sayılacaq
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 50 investor əldə etdi
-
1 saat əvvəl
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Unibank sahibkarlar üçün yeni kampaniya keçirir
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Ən çox oxunanlar
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Yanvarın 23-də gözlənilən hava şəraiti
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Azərbaycanda 5 bankın hər birinin problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb






















