“AS Group İnvestment” bayramda şəhid ailələrilə birlikdədir
(®️) “AS Group İnvestment” MMC şəhid ailələrinə bu bayram günlərində xüsusi dəstək, diqqət və qayğı göstərmək üçün bütün bayram ərzində onlarla birlikdə olacaq.
Ötən gün şirkət şəhid çavuş Tağıyev Hüseynin və müharibə başlandığı gündən döyüşlərə könüllü olaraq qatılan Qasımov Eltunun ailələrilə görüşərək onlara maddi dəstək və bayram sovqatlarıyla qonaq olub. “AS Group İnvestment” şəhid Tağıyev Hüseynin Ramana qəsəbəsindəki Şuşa şəhərciyində dövlət tərəfindən mənzillə təmin edilən ailəsinə çatışmayan məişət əşyaları, maddi yardım və həmçinin martın 28-də 1 yaşı tamam olacaq övladı Nazlıya öz hədiyyələrini çatdırıb. 1991-ci il doğumlu şəhidimiz Tağıyev Hüseyn həm Tovuz döyüşlərində, həm Qazax, həm də İkinci Qarabağ Müharibəsində xüsusi qəhrəmanlıqlarıyla seçilib. Kəşfiyyatçı kimi dövlətimiz və Vətənimiz qarşısında xüsusi xidmətləri olub. “Vətən uğrunda”, “Füzulinin azad edilməsi uğrunda” medallarıyla təltif edilib.
“AS Group İnvestment” MMC-nin bayram günlərində ailəsinə qonaq olduğu digər şəhidimiz 1994-cü il doğumlu Qasımov Eltun 28 sentyabr 2020-ci ildə hərbi komissarlığa yaxınlaşaraq çağırış vərəqəsini götürüb geridə ailəsini və 8 aylıq körpəsini buraxaraq “Oğlum Zeynə qalmasın deyə mən gedirəm bitirməyə” deyib igidliklə döyüşlərə yollanır. Füzuli, Cəbrayıl, Hadrut, Xocəvənd rayonlarının azad edilməsində qəhrəmanlıqla iştirak edir. 18 oktyabr, 2020-ci il tarixində, özünün 26-cı doğum günündə şəhidlik zirvəsinə ucalır. “Vətən uğrunda”, “Xocəvəndin azad edilməsinə görə” medallarıyla təltif olunur.
“AS Group İnvestment” məhz bu bayram günlərində qəhrəman şəhidlərimizin ailələrininin hər kəsdən daha çox diqqətə, qayğıya və dəstəyə ehtiyacı olduğunu düşünərək bu günləri məhz onlarla birlikdə keçirəcək. Sabah isə “AS Group İnvestment” Füzuliyə yola düşür. Bu dəfə oradakı şəhid ailələrilə görüşmək üçün.
Qeyd edək ki, “AS Group İnvestment” bir müddət öncə Mingəçevir rayonunda Park Residence yaşayış binasında şəhid Niyazi İsgəndərovun ailəsinə 3 otaqlı mənzil hədiyyə etmişdir.
Ümumiyyətlə sentyabrın 27-dən, ölkəmizin ən şanlı tarixi yazılmağa başladığı gündən “AS Group İnvestment” ordumuz, vətəndaşlarımız və dövlətimizə dəstək olmağı özünə borc bilir. Şirkət ön cəbhədə döyüşən əsgərlərimizə, ordumuza və müharibə ərzində düşmən zərbələri nəticəsində evləri dağıdılan, başqa kəndlərə, qəsəbələrə yerləşdirilən vətəndaşlarımıza istər ərzaq təchizatı, istərdə də, balansındakı texnikası ilə dəstək olur.
Bundan başqa “AS Group İnvestment” şirkəti Vətən müharibəsində canlarından keçən və yaralanan qəhrəmanlarımızın ailələrinə dəstək olmaq məqsədilə yaradılan “Yaşat Fondu”na 150 min manat, işğaldan azad edilmiş ərazilərimizdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması məqsədilə yaradılmış “Qarabağ Dirçəliş Fondu”na isə 300 min manat məbləğində ianə edib.

Şəhid çavuş Hüseyn Tağıyevə aid fotolar


Şəhid Eltun Qasımova aid fotolar
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
-
2 gün əvvəl
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
-
2 gün əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb
-
2 gün əvvəl
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rusiya uçot dərəcəsini 15 faizə endirdi
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
Xalq Bankdan Novruza özəl endirim təklifi
Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
Ən çox oxunanlar
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
İki dövlət agentliyi birləşdirilir - FƏRMAN
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
Bankın Gəncədə 2-ci filialı fəaliyyətə başladı
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib
















