60 ən böyük bankdan 3,8 trilyon dollarlıq yatırım!
2015-ci ildən bəri təbii yanacaqlara ən azı bu qədər investisiya sərf olunub.Bütün dünyada ən böyük banklar hələ də ənənəvi təbii yanacaq növlərinə trilyon dollarlıq yatırımlar edir. Marja xəbər verir ki, ABŞ-ın ən böyük ekoloji QHT-lərindən olan Rainforest Action Network-un yenicə dərc etdiyi və “İqlim Xaosunda Bankçılıq 2021” adlı hesabatda 2015-ci ilin sonlarında imzalanmış, qlobal iqlim dəyişikliklərinə qarşı mübarizə üzrə dünya ölkələrinin əsas hüquqi öhdəliyi – Paris Sazişindən sonra (2016-2020-ci illərdə) ən böyük 60 bankın hələ də ənənəvi yanacaqlara 3,8 trilyon dollar investisiya etdiyi bildirilir.
Hesabata əsasən, 2020-ci ildə ənənəvi yanacaqlara ən çox yatırım edən banklar 51.3 milyard dollarla JPMorgan Chase, 48.4 milyard dollarla Citi və 42 milyard dollarla Bank of America-dır. Hesabat qlobal istehsalçıların və maliyyə dairələrinin atmosferə buraxılan zəhərli emissiyaların həcmini azaltmaq öhdəliyinə əməl etmədiyini faktlarla göstərir. Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp 2017-ci ildə Paris Razılaşmasından çıxdıqlarını bildirmiş, yeni prezident Co Bayden bu ilin əvvəlində səlahiyyətlərinin icrasına başladığı ilk gün yenidən bu qlobal sənədə qoşulduqlarını açıqlamışdı.
JPMorgan Chase bankı hələlik konkret açıqlama verməyərək, yalnız özünün Paris Sazişinin tələblərinə əməl etmək və 2025-ci ilə qədər təmiz, dayanıqlı enerji sahələrinə 200 milyard dollar yatırım etmək öhdəliyi götürdüyünü bildirmişdir. CitiBank isə karbon emissiyalarının azaldılması tələblərini yerinə yetirməyən müştərilərlə əməkdaşlığa tədricən son verəcəklərini və 2050-ci ilə qədər sıfır emissiya hədəfinə doğru getdiklərini bildirib.
Reallıq isə fərqlidir: qlobal maliyyə mənbələri hələ də ən böyük yatırımlarını neft, təbii qaz, kömür və digər ənənəvi yanacaq növlərinə edir, bu sektoru dünya iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olaraq görməkdə davam edir. “Yaşıl iqtisadiyyat, təmiz enerji, sıfır emissiya” kimi gəlişigözəl sözlər hələ ki çox məhdud həcmdə reallığa çevrilib.
Müştərilərin xəbərləri
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 11 saat əvvəl
-
-
11 saat əvvəl
AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək
-
12 saat əvvəl
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
13 saat əvvəl
Gülşən Cumayeva: “PAŞA Kapital” 2026-cı ildə prioritet layihələri davam etdirəcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
“PAŞA Kapital”, investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsinin 42%-dən çoxunu formalaşdırıb
Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq




















