“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Avrozonada yenidənqurma prosesinə dair qeyri-müəyyənliyin artması özünü avronun ucuzlaşmasında da göstərir. 1.18$-ın artıq altında ticarət edilən EURUSD məzənnəsi, 1.17$-a kimi də ucuzlaşa bilər.
Bununla yanaşı, çərşənbə günü Bakı vaxtı ilə saat 13:00-da Avrozonada inflyasiya və cümə günü saat 16:30-da ABŞ-dan əmək bazarı ilə bağlı dərc ediləcək önəmli fundamental göstəricilər də önəmli rol oynayacaqdır.
GBP
İngiltərə iqtisadiyyatının gəlirlərinin azalması funt sterlinqin də ucuzlaşmasına səbəb olur. Təqribən son iki ayın minimumlarına düşdükdən sonra korreksiya edən GBPUSD məzənnəsinin yenidən 1.38$-da müqavimətlə rastlaşdığı müşahidə edilir. 1.37$-ın qırılması ilə ucuzlaşmanın 1.35$-a kimi davam edəcəyi də proqnozlaşdırılır.
TRY
TCMB sədrinin dəyişməsi xəbərindən sonra yerli valyuta birjalarında artan volatillikdən sonra USDTRY məzənnəsi yenidən 8TL ətrafında sakit dalğalanmaqdadır. Bu, qiymətin 8.17TL-nin altında qalmaqda davam edəcəyi təqdirdə, 7.60 və 7.40TL-ə kimi ucuzlaşacağını ehtimal etməyə də əsas verir.
OIL
Beynəlxalq enerji birjalarında isə Brent neftinin gələcək günlər ərzində 65 - 60$ aralığında ticarət ediləcəyi proqnozlaşdırılır.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
İnflyasiyaya dair son göstəricilərin zəif qalması və dolların bahalaşması, əlvan metallar bazarlarında da korreksiyalara səbəb olur. Hazırda 1728$-ın (55.6 $/qram) altında təklif edilən bir unsiya üzrə qiymət, 1723$-ın (55.4 $/qram) qırılması ilə 1710$-a (55 $/qram) kimi də ucuzlaşa bilər.
Yumşaq fiskal və monetar siyasətlərin genişləndirilməsi gözləntilərinin artmasına təsir edəcək xəbərlər və önəmli açıqlamalar da diqqət mərkəzində saxlanılmalıdır, çünki bu, qiymətlərə növbəti dəstəyi verə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
1 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
2 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
2 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 3 saat əvvəl
-
3 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir





















