Azərbaycanın 19 sığortaçısının məcmu xalis mənfəəti 20% artıb
Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətinin 2020-ci ildə məcmu gəlirləri 907 milyon 710 min manat təşkil edib.
Bu, 2019-cu ilə nisbətən 33,6% çoxdur.
Ötən il sığortaçıların məcmu xərcləri isə 36,3% artaraq 803 milyon 186 min manat olub. Şirkətlərdən 14-nün gəlirləri, 14-nün isə xərcləri artıb. 1 şirkət – “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC isə əvvəlki il bazarda olmadığı üçün onun gəlir və xərclərinin, eləcə də digər maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
2020-ci ilin yekununda sığortaçıların məcmu maliyyə mənfəəti 104 milyon 523 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 15,8% çoxdur. 10 şirkətdə maliyyə mənfəəti artıb, 6 şirkətdə maliyyə mənfəəti azalıb, 2019-cu ildə maliyyə zərərinə uğramış 2 şirkət isə 2020-ci ildə maliyyə mənfəəti əldə edib.
Ötən il sığorta şirkətləri 23 milyon 591 min manat məbləğində mənfəət vergisi ödəyib. Bu, əvvəlki ilə nisbətən 4,2% çoxdur. 18 şirkətdən 11-i vergi ödənişlərini artırıb, 4-ü vergi ödənişlərini azaldıb, əvvəlki il vergi ödəməmiş 3 şirkət ötən il də vergi ödəməyib.
2020-ci ilin Azərbaycan sığortaçılarının məcmu xalis mənfəəti isə 80 milyon 933 min manat olub. Bu da 2019-cu illə müqayisədə 19,7% çoxdur. Ötən il maliyyə mənfəətini artırmış 10 şirkət həm də xalis mənfəətini artırıb. Maliyyə mənfəəti azalmış 6 şirkətin həm də xalis mənfəəti azalıb, 2019-cu ili zərərlə başa vurmuş 2 şirkət isə 2020-ci ili mənfəətlə başa vurub.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 35 d. əvvəl
-
-
51 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir







.jpg)













.jpg)

