Sahibkarlar indi özlərinə uyğun xidmət paketini seçə bilərlər
(®️) Kiçik və orta sahibkarların fəaliyyətinə ardıcıl dəstək verən Azərbaycan Beynəlxalq Bankı onların işini asanlaşdırmaq və bank xərclərini azaltmaq üçün xüsusi xidmət paketləri hazırlayıb. Bura fərdi sahibkarların və hüquqi şəxslərin tez-tez istifadə etdikləri bir çox kompleks bank xidmətləri daxildir. Hər bir iş adamı bank xidmətləri ilə bağlı mütəmadi ehtiyaclarının yüksək səviyyədə və daha sərfəli şəkildə təmin olunması üçün bu imkandan geniş faydalana bilər.
Təqdim edilən xidmətlərin bir çoxu ödənişsizdir. Belə ki, müəyyən dövr ərzində davamlı qaydada Azərbaycan Beynəlxalq Bankında müxtəlif növ əməliyyatlar həyata keçirən müştərilər bu xidmət paketlərini əldə etməklə hesabdan nağd vəsaitin verilməsi, ölkədaxili və ölkəxarici köçürmələr, əməkhaqqı layihəsi çərçivəsində kartların sifarişi və kartlara vəsaitin köçürülməsi, bir sıra korporativ və biznes kartlarının sifarişi, POS-terminallar üçün aylıq xidmət haqqı və bu kimi digər xidmətlərdən tamamilə pulsuz istifadə edə bilərlər. Digər xidmətlərdən isə güzəştli şərtlərlə faydalanmaq olar.
Xidmət paketləri müştərilərə bankda həyata keçirdikləri əməliyyatların ümumi dövriyyəsi, illik nağdlaşdırma məbləği, ölkədən kənara illik köçürmə sayı, ölkədən kənar köçürmə məbləği və s. bu kimi göstəricilər əsasında təqdim olunur. Bunu nəzərə alaraq xidmət paketlərinin 5 növü müəyyənləşib: “Standart”, “Standart+”, “İmtiyazlı”, “Premium” və “Premium+”. Bank xidmətlərindən daha sərfəli qaydada yararlanmaq istəyən hər bir fərdi sahibkar və hüquqi şəxs xidmət paketlərinin uyğun növünü əldə etmək, eləcə də ətraflı məlumat almaq üçün Bankın saytına daxil ola, yaxud filiallarımıza müraciət edə bilər.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 14 d. əvvəl
- 38 d. əvvəl
-
47 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
51 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı







.jpg)







.jpg)






