Azercell-in sürətli mobil interneti yerin üstünü də, altını da əhatə etməyə davam edir
Lider operator LTE şəbəkəsini hərtərəfli genişləndirir(®️) Azercell bütün abunəçilərini daha stabil şəbəkə və daha yüksək sürətli internetlə təmin etmək məqsədilə 2021-ci il ərzində də LTE şəbəkəsini təkmilləşdirməyə davam edib. Görülən işlər sayəsində bu ilin əvvəlindən etibarən Azercell-in LTE şəbəkəsinin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişləndirilib.
Təkcə ötən il ərzində Azercell-in LTE şəbəkəsinin həm əhali baxımdan, həm də ərazi baxımdan coğrafi əhatəsi təxminən 11% genişləndirilib. Təkmilləşdirmə işlərinin aparıldığı müddət ərzində isə 2021-ci ilin mart ayının sonunadək şəbəkənin əhali üzrə əhatə dairəsi 85.3%-ə, coğrafi əhatə dairəsi isə 72,8%-dək artıb.
Layihə çərçivəsində 2021-ci ilin birinci rübü ərzində 201 LTE radio baza stansiyasında təkmilləşdirmə işləri aparılıb, mövcud 50 radio baza stansiyaya LTE texnologiyası əlavə olunub. Bununla da, LTE şəbəkəsinə aid bu stansiyaların ümumi sayı 2742-yə çatdırılıb.
Azercell-in gördüyü tədbirlər çərçivəsində Bakı metropoliteninin 18 stansiyası və tunellərində LTE-Daşıyıcı Birləşdirmə sistemi aktivləşdirilib və şirkət açılışa hazır olmaq üçün tam gücü ilə çalışır.
Xatırladaq ki, ötən il də yeni nəsil texnologiyanı təmin edən şəbəkənin genişləndirilməsi istiqamətində aktiv surətdə işlər aparılıb. Belə ki, 2020-ci ildə bu texnologiya üzərindən çalışan 784 ədəd yeni radio baza stansiya quraşdırılıb. Onların müəyyən hissəsi 44 günlük Vətən Müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərdə işə salınıb. Təkcə ötən ilin sentyabr-dekabr ayları ərzində 118 yeni LTE stansiya istifadəyə verilib.
4G şəbəkəsinin təkmilləşdirilməsi, radio baza stansiyalarının sayının artırılması Azercell-in təqdim etdiyi xidmətlərin keyfiyyətinə, təqdim olunan mobil internetin sürətinə də güclü təsir göstərib. Son 1 il ərzində Azercell şəbəkəsi üzrə LTE texnologiyası ilə ötürülən data trafikin həcminə fikir versək, bu göstəricinin də 1.7 dəfə artdığını görərik. Mühüm göstəricilərdən biri də şəbəkə üzrə ötürülən ümumi data trafikin təxminən 71%-nin LTE texnologiyası üzərindən daşınmasıdır.
Hazırda Azercell-in 4G şəbəkəsi ilə 240 Mbps-ə qədər endirmə, 95 Mbps-ə qədər isə yükləmə sürəti əldə olunur. Azercell-in 4G texnologiyasından istifadə edən abunəçilər böyük həcmli videoları daha yüksək keyfiyyətdə izləmək, bu faylları daha tez yükləyib ötürmək, kəsintisiz səsli zənglər etmək və digər üstünlüklər qazanırlar.
Qeyd edək ki, LTE şəbəkəsindən istifadə etmək üçün abunəçi 4G-ni dəstəkləyən mobil telefon və USİM sim kartına malik olmalıdır. SİM kartın bu funksiyasının olub-olmadığını yoxlamaq üçün həmin nömrədən “4G” yazıb 2525-ə göndərmək kifayətdir. SİM kartın 4G-ni dəstəkləmədiyi halda Azercell-in davam etdirdiyi 4G kampaniyası çərçivəsində şirkətin istənilən satış və ya xidmət mərkəzində nömrənin 4G-ni dəstəkləyən dublikatını ödənişsiz əsaslarla əldə etmək mümkündür. Bu zaman Azercell-dən abunəçilərə birdəfəlik bonus şəklində 5 GB həcmində internet paketi hədiyyə olunur.
Hazırda LTE şəbəkəsinin sürətinə görə Azercell “Öz sinfində” (“Best in class”) ən yaxşı operatorlardan biridir. Bunu dünya miqyaslı telekommunikasiya şirkəti olan Ericsson-un apardığı bençmarkinq araşdırmaları göstərib. Digər tərəfdən, Avropanın “Systemics” şirkətinin ötən il Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testinin nəticələrinə görə, bölgələrdə LTE texnologiyası üzrə datanın ötürülmə sürəti, informasiyanın yüklənmə müddəti və video materialların daha yüksək keyfiyyətlə ötürülməsi parametrlərinə görə Azercell ölkənin digər mobil operatorlarından öndədir. Şəbəkənin real zaman rejimində monitorinqinə imkan verən RTM (real time monitoring – real zamanda izləmə) sisteminin tətbiqi isə Azercell şəbəkəsinin keyfiyyətinə nəzarət mexanizminin yüksək səviyyədə saxlanılmasını təmin etmək üçün əlavə imkanlar yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
58 d. əvvəl
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
-
1 saat əvvəl
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
-
-
1 saat əvvəl
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
-
1 saat əvvəl
Tramp bir daha müttəfiqləri Hörmüz boğazının açılmasına kömək etməyə çağırıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
İllik 18% gəlirlilyi olan istiqrazlar 50 investor tərəfindən əldə edilib
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
-
2 saat əvvəl
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
"CHELEBI" mağazasını idarə edən şirkətin kapitalı azaldılıb
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
Ən çox oxunanlar
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Nazir Çin şirkətinin vitse-prezidenti ilə görüşüb, Hacıqabulda həyata keçirilən layihə müzakirə olunub
AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi
Qızıl ucuzlaşır - Qiyməti 5000 dollardan aşağı düşdü
262 manata məhsulu sığortaladı – 8801 manat sığorta ödənişi aldı!




















