Bakıdan rayonuna qayıdıb çiyələk yetişdirir
Çiyələk yetişdirilməsi bir neçə ildir ki, Masallıda aqrar sahənin mühüm istiqamətlərindən birinə çevrilib. Bu yerlərin bərəkətli torpağında həmişə - sovetlər birliyi zamanında da digər nemətlərlə yanaşı, çiyələk də yetişdirilmişdir.
Şahin Nəcəfəliyev 2017-ci ildən çiyələk yetişdirməklə məşğuldur. Dediyinə görə, “Meyvəli” bazarında çiyələyin alqı-satqısı ilə məşğul olub. Bir gün ağlına gəlib ki, özü də onu əkib-becərə bilər. Belə olduqda həm də Bakıda ev kirayəsindən və digər qayğılardan azad olar. Bunları dönə-dönə götür-qoy etdikdən sonra yığışıb boya-başa çatdığı Masallıya qayıdıb. Mütəxəssislərlə məsləhətləşib, rayonun hansı ərazisinin çiyələk yetişdirmək üçün əlverişli olduğunu öyrənib. Təzə Alvadı kəndində 10 hektar torpaq icarəyə götürüb, “Allahım, özün kömək ol, məni peşman eləmə!” - deyərək işə başlayıb. Mütəxəssis fikrini, bu işlə məşğul olan adamların məsləhətlərini dinləyib, öyrənib, işinə bu cür yanaşması ona ildən-ilə uğur gətirib. Düzdür, hərdənbir çətinliklər, problemlər də ortaya çıxıb, lakin onların hər birini səbirlə, təmkinlə aradan qaldırıb.
Bu günlər Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin baş mütəxəssisi Məhərrəm İbrahimli ilə Şahinin təsərrüfatında olduq. Qızlar, gəlinlər, cavan oğlanlar ürəklə çalışırdılar. Kimi kolların üstündə yetişib sübh günəşinin rəngini almış çiyələkləri bir-bir dərib kiçik vedrələrə yığır, kimi yığılan məhsulu çeşidləyərək yeşiklərə qablaşdırır, kimi də məhsulu Bakıya - “Meyvəli” bazarına yola salmaq üçün maşına yükləyirdi. Fürsətdən istifadə edib sahibkardan öz təsərrüfatı və işləri haqqında məlumat verməsini xahiş etdik. Dedi ki, şitillər sahəyə sentyabr-oktyabr aylarında vurulur: “Nübar məhsulu daha tez almaq üçün sahəyə hissə-hissə armatur karkas basdırılır və üstünə sellofan çəkilir. Belə olduqda şitillər erkən yazda örtük altında daha tez inkişaf etməyə başlayıb bara düşür. Bununla da iş bitmir. Şitillər xüsusi qulluq tələb edir. Gərək hər bitkinin dibini yumşaldasan, alağını təmizləyəsən, damcı üsulu ilə suvarılmasını aparasan, digər aqrotexniki tədbirləri lazım olduğu qaydada və vaxtında həyata keçirəsən”.
Onu da öyrənirik ki, Ş.Nəcəfəliyev, əsasən, Amerika, İtaliya və qardaş Türkiyədən gətirilmiş çiyələk sortlarına üstünlük verir. Hələlik sahələrdən hər gün 1 ton meyvə yığılır. Havalar istiləşdikcə məhsuldarlıq da artacaq. Yığımın əvvəlində çiyələyin kiloqramı yerində 2,5-3 manat olub, indi isə 2 manatdır. Sahibkar hələlik qiymətdən razıdır. Bir də axı çiyələk bir dəfə yığılmır, sentyabr-oktyabr aylarınadək məhsul verir. Özü də o, çoxillik bitkilər fəsiləsinə aiddir, odur ki bir neçə il bar gətirir. Çiyələkçilik eyni zamanda əməktutumlu sahədir. Ş. Nəcəfəliyevin təsərrüfatında hazırda 70 nəfər çalışır. Y
eri gəlmişkən, qeyd edək ki, Masallı rayonunda 237 hektar çiyələk sahəsi var və bu sahələrdə əkin, becərmə və yığımla 800 nəfər məşğuldur.
“Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
12 d. əvvəl
Yeyinti məhsulları idxalı 634 milyon dolları "yeyib" - DAHA DA ARTIB
-
7 saat əvvəl
İran, İslamabadda danışıqların ikinci raundu ilə bağlı yayılan xəbərləri təkzib edib
-
8 saat əvvəl
"İran, ABŞ ilə yeni növbəti danışıqlarda iştirak etməkdən imtina edib"
-
8 saat əvvəl
Məşhur uşaq qidası markasının məhsulunda siçan zəhəri aşkarlanıb: Məhsul geri çağırıldıb
- 8 saat əvvəl
-
9 saat əvvəl
"İran danışıqların ikinci turunda iştirak etməkdən imtina etdi"
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Yeyinti məhsulları idxalı 634 milyon dolları "yeyib" - DAHA DA ARTIB
Dizayn dünyasında inqilab: Claude Design
"İran danışıqların ikinci turunda iştirak etməkdən imtina etdi"
Ən çox oxunanlar
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Avropada təbii qazım qiyməti kəskin düşdü
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI






.jpg)








.jpg)







