İcra başçısının qalmaqallı müavini işdən çıxarıldı
Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Xalidə Bayramova işdən çıxarılıb.
Bununla bağlı Səbail RİH başçısı Vüqar Zeynalov əmr imzalayıb.
Qeyd edək ki, X.Bayramova 2019-cu ilin aprelində intihar edən şagird Elina Hacıyeva "işi”ndə adı hallanan şəxslərdən biri olub.
Eyni zamanda, bu il may ayının 4-də Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma zamanı müəyyən edilib ki, X.Bayramova öz vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib COVID-19 xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq bu barədə tibbi sənədin verilməsini tələb edib. Qeyd edilənlərlə bağlı X.Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlər görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü “Prokurorluq haqqında” Qanunun 23-cü maddəsinə əsasən Səbail RİH-ə müvafiq təqdimat verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 33 d. əvvəl
- 40 d. əvvəl
-
- 13 saat əvvəl
-
14 saat əvvəl
İstilik enerjisinin maya dəyəri əhali tarifini 2 dəfədən çox üstələyib
- 15 saat əvvəl
-
15 saat əvvəl
Mirzoyan: Azərbaycan və Türkiyə prezidentləri İrəvana dəvət olunublar
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan Futbolunda yenilik – Yeni sponsorluq müqaviləsi imzalandı
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Amazon 30 minədək iş yerini ixtisar etməyi planlaşdırır
Qızılın qiyməti 4 min dollardan da aşağı düşdü
49 və 515 nömrəli avtobus marşrutları müsabiqəyə çıxarıldı
Azərbaycan Təbrizə yeni baş konsul təyin etdi
Azərbaycan Futbolunda yenilik – Yeni sponsorluq müqaviləsi imzalandı
Ən çox oxunanlar
"Azəristiliktəchizat"da nöqsanlar aşkarlanıb
"AFB BANK"ın istiqrazlarını 80 investor əldə etdi
Toyota-nın satışlarında rekord
"Arazdəyən–Sədərək ərazisi də açılmalıdır"
“Nar”a yeni baş icraçı direktor təyin olundu
Azərbaycan Rusiyadan qoyun ətinin alışını artırıb














.jpg)
.jpg)









.jpg)
