“PAŞA Sığorta”nın adından və nüfuzundan istifadə etməklə vətəndaşlar aldadılır
Diqqət! Vətəndaşlar, “PAŞA Sığorta”da işə qəbul ediləcəyi vədiylə aldadılır.Artıq xeyli müddətdir ki, “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyətinə bəzi şəxslərin etibardan sui-istifadə edərək qanunsuz gəlir əldə etmək məqsədi ilə vətəndaşları aldatması və ödəniş edilməsi qarşılığında işlə təmin edilməsi ilə bağlı oxşar müraciətlər daxil olmaqdadır.
Müraciətlərin araşdırılması zamanı məlum olmuşdur ki, ölkənin müxtəlif regionlarında bir qrup şəxs tərəfindən “PAŞA Sığorta” ASC adından istifadə etməklə vətəndaşları aldadaraq müxtəlif məbləğlərdə pul vəsaitlərini mənimsənilmişdir. Belə ki, həmin şəxslər insanları müəyyən məbləğdə pul ödənilməsi müqabilində “PAŞA Sığorta” ASC-də işə qəbul ediləcəyi vədiylə aldatmışlar.
Sözügedən məsələ ilə bağlı daxil olmuş müraciətlər və aparılmış araşdırmaların nəticələri əsasında tərəfimizdən hüquq-mühafizə orqanlarına müraciət edilmiş və müvafiq tədbirlər görülmüşdür.
“PAŞA Sığorta” ASC olaraq vətəndaşlarımıza bildirmək istərdik ki, bu cür hallar şirkətimizin işə qəbul siyasətinə ziddir və bu şəxslərin şirkətlə heç bir əlaqəsi yoxdur. “PAŞA Sığorta” və onun əməkdaşları tərəfindən hər hansı bir məsələ ilə bağlı vətəndaşlardan qeyri-qanuni olaraq heç bir pul vəsaiti tələb edilə bilməz. Şirkətdə işə qəbul prosesi iş etikası çərçivəsində və qanunvericiliyin tələblərinə uyğun olaraq şəffaf və hər kəsə bərabər imkanlar yaratmaqla həyata keçirilir. Şirkət tərəfindən elan olunan vakansiyalar şirkətin rəsmi internet saytının “Karyera” bölməsində yerləşdirilir (https://www.pasha-insurance.az/career/#vacancies_list)və daimi olaraq yenilənir. Müvafiq vakansiyalar üzrə müraciət etmək istəyən şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
"Bir daha ölkə vətəndaşlarına müraciət edərək maksimum dərəcədə diqqətli olmağa, belə şəxslərə və yalançı vədlərə aldanmamağa çağırırıq. Oxşar təkliflərlə rastlaşdıqda şirkətimizin baş ofisinə və ya bölgələrdəki nümayəndəliklərinə, habelə hüquq-mühafizə orqanlarına müraciət etmələrini xahiş edirik",- Şirkətin məlumatında bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur













.jpg)


.jpg)



