Böyük Britaniyadan “Big4”-a xoşagəlməz sürpriz
Böyük Dördlüyü təşkil edən iri audit firmalarının hökmranlığı bitir...Böyük Britaniya hökuməti mühasibatlıq və audit sektorunda yeni qaydalar tətbiq etmək niyyətindədir.
Marja İngiltərə mediasına istinadla xəbər verir ki, hələ ilk variantı mart ayında açıqlanan və iyulda rəsmi təqdim edilməsi planlaşdırılan sənədə görə, indiyə qədər Britaniya bazarında FTSE100 indeksinə daxil olan ən böyük 100 şirkətin hamısını və FTSE250 indeksindəki şirkətlərin 90%-ni audit edən Böyük Dördlük (KMPG, PWC, Deloitte, Ernst&Young) bundan sonra bu auditləri bazardakı digər daha kiçik şirkətlərlə birlikdə aparmalıdır.
Hökumət kabinetinin üzvü olan nazirlərin təklif etdiyi “idarə olunan paylaşılan auditlər” yanaşması iri şirkətlərə auditor cəlb edərkən ümumi iş həcminin 10-30%-ni Böyük Dördlükdən olan audit firması və kiçik audit firmalarından birinə birlikdə yoxlatdırmaq öhdəliyi nəzərdə tutur.
Tətbiq olunması planlaşdırılan yeni qayda indiyə qədər bazardakı dominant mövqelərini saxlayan “Big4”-u məyus etsə də, kiçik audit firmalarını həvəsləndirib. Hökumət bu dəyişikliklə FTSE350 indeksindəki şirkətlərin illik təxminən 1 milyard funt-sterlinq (1,41 milyard dollar) həcmindəki audit haqlarının yaxın illlərdə ən azı 12%-nin kiçik şirkətlərin payına düşəcəyini gözləyir. Bu isə həmin şirkətlərin əlavə işçi qüvvəsi və səriştə üçün iri həcmli vəsait xərcləməsini də zəruri edəcək.
Lakin Böyük Dördlükdən kənardakı şirkətlərin heç də hamısı məsələyə eyni cür yanaşmır. Britaniyada “Big4”-dan sonra ən iri audit firmaları olan, növbəti 14 daha kiçik audit firmasının cəmi qazancından daha çox gəlir əldə edən BDO və Grant Thornton rəqibləri ilə eyni şirkətin auditində birgə işləmək niyyətində olmadıqlarını bildirib. Audit gəlirlərinə görə İngiltərənin səkkizinci və doqquzuncu ən iri şirkətləri olan Mazars və Crowe isə hökumətin bu qərarını alqışlayır və insan resursları və təcrübənin imkan verdiyi həddə birgə auditlərdə iştiraka hazır olduqlarını bildirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
12 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)





.jpg)







