Gəncə şəhərində demoqrafik vəziyyət açıqlanıb
Gəncə şəhərində 2021-ci ilin yanvar-mart aylarında demoqrafik vəziyyət açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsindən Marja-ya daxil olmuş məlumata görə, Gəncə şəhər əhalisinin sayı ilin əvvəlindən 63 nəfər artaraq 2021-ci il aprel ayının 1-i vəziyyətinə 335865 nəfərə çatmışdır. Əhalinin 48,8 faizini kişilər, 51,2 faizini isə qadınlar təşkil edir.
Ədliyyə Nazirliyinin Gəncə şəhər qeydiyyat şöbələri tərəfindən cari ilin ilk üç ayı ərzində şəhərdə 627 nəfər doğulan körpə qeydə alınmış, doğulanların 54,2 faizi oğlan, 45,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 8-i əkiz doğulanlardır. 2021-ci ilin yanvar-mart ayları ərzində şəhərdə 619 ölüm halı, 308 nikah və 149 boşanma halları qeydə alınmışdır.
Bu ilin yanvar-mart aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin Gəncə şəhərindəki müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün şəhərə 116 nəfər gələn, 61 nəfər şəhərdən gedən qeydə alınmış, şəhər üzrə miqrasiya saldosu müsbət 55 nəfər təşkil etmişdir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 6 d. əvvəl
- 47 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı







.jpg)




.jpg)








