"Atəşgah Sığorta"da geriləmələr davam edir
"Atəşgah Sığorta" şirkətinin hesabladığı sığorta haqları və həyata keçirdiyı sığorta ödənişləri azalıb.
"Marja" Mərkəzi Bankın aylıq statistikasına istinadən xəbər verir ki, 2021-ci ilin ilk 4 ayı ərzində "Atəşgah Sığorta" şirkəti tərəfindən 7 milyon 908 min manat sığorta haqları hesablanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 140 min manat və ya 12,6% azdır.
"Atəşgah Sığorta" 2020-ci ilin ilk 4 ayı ərzində 9 milyon 48 min manat sığorta haqları hesablamışdı.
Şirkətin sığorta ödənişləri 2020-ci ilin yanvar-aprel dövründəki 5 milyon 353 min manatdan 2021-ci ilin yanvar-aprel dövründə 3 milyon 574 min manata düşüb (1 milyon 779 min manat və ya 33,2% azalıb).
"Atəşgah Həyat" sığorta şirkətinin də hesabladığı sığorta haqları azalıb. Belə ki, ötən ilin ilk 4 ayında şirkətin hesabladığı sığorta haqları 15 milyon 539 min manat ikən, 2021-ci ilin eyni dövründə 15 milyon 485 min manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 saat sonra
-
-
8 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
16 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 16 saat əvvəl
-
16 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
18 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)
.jpg)





.jpg)







