“Hyundai Azərbaycan” – 25 illiyini qeyd edir

(®️) Azərbaycanın dinamik avtomobil bazarında sahib olduğu mövqeyini hər zaman qorumağı bacaran "Auto Azərbaycan" şirkəti bu il 25 illiyini qeyd edir.
Başda avtomobil olmaqla, pərakəndə və maliyyə sahələrində də fəaliyyət göstərən "NAB Holding"ə daxil olan “Auto Azərbaycan” şirkəti ölkəmizdə dünyaca məşhur "Hyundai" avtomobil markasının rəsmi eksklüziv distribütorudur. 1996-cı ildən bəri fəaliyyət göstərən şirkət Hyundai avtomobillərinin satışını, servis xidmətlərini və orijinal ehtiyat hissələrini təqdim edən yeganə rəsmi şirkətdir.
Uzun illərin sınağından çıxmış xalq avtomobili markası
İstər paytaxtdakı, istərsə də, bölgələrdəki müştərilər üçün tam əlçatan olmağı hədəf götürən şirkət, "Hyundai" markasının ölkə üzrə 11 satış və servis mərkəzindən ibarət diler şəbəkəsini formalaşdıraraq avtomobil sektorunda ən geniş xidmət şəbəkəsi ilə öz aparıcı mövqeyini qorumağı bacarır.
Ölkəmizdə ilk avtomobil dilerlər şəbəsi olaraq fəaliyyətə başlayan “Hyundai Azərbaycan” hal hazırda 74000-dən çox müştəri portfelinə sahibdir. Müştərilərin ehtiyaclarına və həyat tərzinizə daha uyğun keyfiyyətli avtomobillər, münasib satış şərtləri, beynəlxalq standartlara uyğun avtomobil satış salonları, diaqnostika və təmir avandanlıqları ilə təchiz edilmiş servis mərkəzlərində xidmət göstərən peşəkar heyəti, mütəmadi həyata keçirilən satış və servis kampaniyaları, ölkəmizdə keçirilən yeganə servis festivalları, müxtəlif aksiyalar və s. bu kimi fəaliyyətlərin sonunda şirkətin əldə etmək istədiyi tək bir hədəf varsa, o da məhz öz müştəriləri üçün hər zaman daha əlçatan olmaq və uzun müddətdə müştəri məmnuniyyətini qorumaqdır.
Koorporativ Sosial Məsuliyyət Layihələri
"Auto Azərbaycan" şirkətinin fəaliyyəti təkcə bizneslə məhdudlaşmır. Mövcud olduğu cəmiyyətin bir hissəsi olmaqla onun gələcək inkişafı üçün məsuliyyət daşıdığını dərk edən şirkət, Azərbaycan vətəndaşının qarşılaşdığı problemlərin bir hissəsini aradan qaldırmaq üçün hər zaman səmərəli addımlar atır.
2009 -cu ildən Azərbaycanda keçirilən, “Sən də varsan”, “Ailəsini qəzada itirmiş uşaqlara yardım”, “Yaşıl ofis”, “Zolağı pozma”, “Ağıllı Bala” yayımları ilə birlikdə hazırladığı uşaqlar üçün “Yol Hərəkəti Qaydaları” məlumat kitabçası və s. müxtəlif korporativ sosial məsuliyyət layihələrini özündə birləşdirən “HyundaiAzərbaycan”-ın “Gələcəyimiz üçün əl-ələ layihəsi “Hyundai”-in beynəlxalq miqyasda həyata keçirdiyi korporativ sosial məsuliyyət proqramının bir hissəsidir.
"Auto Azərbaycan" şirkəti olaraq 25 il boyunca əldə etdiyimiz biznes uğurları ilə qürur duyur və bu uğurları əldə etməyimizə səbəb olan, bizə ehtimad göstərən müştərilərimizə təşəkkür edirik!
Aşağıda göstərilən linkə daxil olaraq “Hyundai Azərbaycan”nın 25 illik həyat yolunu əks etdirən reklam çarxını izləyə bilərsiniz.
“Hyundai Motor Company” haqqında
1967-ci ildə təsis edilmiş “Hyundai Motor Company” şirkəti etibarlı avtomobil partnyoru olmağı özünə vəzifə təyin etmişdir.
'İnsanlıq üçün Tərəqqi' marka vizionuna əsaslanan “Hyundai Motor Company”, İntellektual Mobil Həllər Təminatçısına çevrilmə yolunda sürətlə irəliləməkdədir.
Şirkət, robot və Urban Air Mobility (UAM) kimi qabaqcıl texnologiyalara inqilabi mobil həlləri gətirmək üçün investisiya qoyur, eyni zamanda gələcək mobillik xidmətlərini təqdim etmək üçün açıq yeniliklər həyata keçirir.
Ümumilikdə 120 000-dən çox peşəkar işçi heyəti ilə “Hyundai Motor Company” dünya üçün davamlı bir gələcəyin axtarındadır. Şirkət, müxtəlif bazarlar üçün nəzərdə tutulmuş fərqli məhsulları, həmçinin sənayenin qabaqcıl hidrogen yanacaq enerjisi və EV texnologiyaları ilə təchiz olunmuş sıfır emissiya nəqliyyat vasitələri ilə daima öz model sırasını genişləndirir və təkmilləşdirir.
Müştərilərin xəbərləri

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?
-
3 saat əvvəl
Bankalar Bitcoin üçün il sonu qiymət proqnozlarını artırıblar
-
4 saat əvvəl
Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azər-Türk Bank” səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azercell Amazon ilə tərəfdaşlıq qurur

AFB Bank 13% gəlirlilik təklif edən istiqrazlar təqdim edir

Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?

Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
Ən çox oxunanlar

Bu gün "Ucuz Tesla” modeli təqdim olunacaq

Toyota yüz minlərlə avtomobili geri çağırır: Kamerasında texniki nasazlıq aşkarlanıb

BOKT “Caspian İnvest” 11-ci filialını Qazaxda açdı

Əliyev Putinə zəng edib

Bankın Nəzarət şöbəsinə mütəxəssislər tələb olunur
