Keçmiş baş direktor şirkətə 11 milyon avro təzminat ödəyəcək
Almaniyaın avtomobil istehsalçısı Volkswagen-in dizel motorlu avtomobillərində 2015-ci ildə ortaya çıxan emissiya skandalının ardından vəzifəsindən ayrılmaq məcburiyyətində qaln keçmiş Baş direktor (CEO) Martın Winterkorn, şirkətə 11 milyon avro maddi təzminat ödəyəcək.
Marja xəbər verir ki, Volkswagen İdarə heyəti, "Dieselgate" skandalında "səhlənkarlıqda" və "şirkəti zərərə məruz qoymaqda" günahlandırılan sabiq Baş direktorun ödəyəcəyi təzminat mövzusunda razılaşma təmin edildiyini və "dostanə həllə" gedildiyini açıqlayıb.
"Dieselgate" skandalı necə ortaya çıxdı ?
ABŞ Ətraf Mühiti Qoruma Agentliyi 2015-ci ilin sentyabr ayında Volkswagenin emissiyanı manipulyasiya etdiyini və şirkətin dizel avtomobillərinin normal səviyyədən 40 dəfə çox atmosferi çirkləndirdiyini açıqlamışdı.
Tərkibində Volkswagen, Audi, Porsche, Bentley, Lamborghini, Seat, Skoda, Bugatti, Scania və Man kimi markaları olan Volkswagen Qrupu, uzun müddət dizel emissiyası skandalı ilə gündəmi məşğul etmiş və milyonlarla avtomobilini geri çağırmaq məcburiyyətində qalmışdı.
Təxminən 11 milyon dizel motorlu avtomobilin emissiya sistemində yanıldıcı proqram istifadə edildiyini qəbul edən Volkswagen, ABŞ-dakı məhkəmə tərəfindən 4,3 milyard dollar cərimələnmışdir.
Ödənən təzminatlar və bazardan geri çağırılan avtomobillərlə birlikdə bu skandalın şirkətə xərcinin 32 milyard avro ətrafında olduğu təxmin edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 13 d. əvvəl
- 32 d. əvvəl
- 38 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
Ən çox oxunanlar
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR







.jpg)







.jpg)









