Korporativ qiymətli kağızlar bazarında əməliyyatların həcmi azalıb
2021-ci ilin yanvar-may ayları ərzində Bakı Fond Birjasında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 6 milyard 871 milyon 122 min 750 manat təşkil etmişdir. Əməliyyatların böyük hissəsi dövlət qiymətli kağızları (Maliyyə Nazirliyinin istiqrazları və Mərkəzi Bankın notları) ilə bağlıdır.
Ötən ilin eyni dövründə əməliyyatların ümumi həcmi 3 milyard 843 miylon 918 min 820 manat təşkil etmişdi.
Birjanın yaydığı məlumata görə, nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət həcmində 79%, ilkin bazar üzrə ticarət həcmində 107%, dövlət qiymətli kağızlar bazarı üzrə ticarət həcmində 100%, repo əməliyyatları üzrə isə 240% böyümə qeydə alınmışdır.
2021-ci ilin may ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası ilin əvvəlinə nisbətən 9% artaraq 4 milyard 225 milyon 441 min 865 manat təşkil etmişdir.
Korporativ qiymətli kağızlar bazarı üzrə ticarətin həcmi 6,6 dəfə azalaraq 144 milyon 647 min 696 manat, ilkin korporativ qiymətli kağızlar bazarı üzrə əməliyyatların həcmi isə 21% azalaraq 61 milyon manata geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
1 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
1 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
2 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
-
2 saat əvvəl
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ən çox oxunanlar
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
“AccessBank”ın biznes kreditləri portfeli 1 milyard manatı keçib
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu


























