Beynəlxalq Bankdan sahibkarlar üçün kampaniya
(®️) Daim iş adamlarına faydalı olmağa çalışan Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarlar üçün yeni kampaniyaya başlayıb. Bankın elan etdiyi kampaniya “Sahibkarlara faydalı” adlanır.
Kampaniya müddətində Bankın xidmət və məhsullarından yeni istifadə etməyə başlayan sahibkarlara SahibKart, Business/Korporativ kartı və əməkhaqqı kartları hədiyyə olaraq pulsuz veriləcək.
Bundan başqa, Bankdan biznes krediti alan şirkət rəhbərlərinə, yaxud fərdi sahibkarlara TamKart Classic hədiyyə edilir, TamKart Gold, Platinum və Premium kartları isə 50% endirimlə təklif olunur.
Kredit məbləğindən asılı olaraq sahibkarlar Azərbaycan Beynəlxalq Bankından hədiyyə IBA Miles və ya Azercell kobrend kartı əldə etmək, yaxud bu kartları 50% endirimlə almaq fürsəti də qazanırlar.
Standart tarifə uyğun gələn müştərilərin ticarət və xidmət məkanlarındakı POS-terminallarda və ya onların veb resurslarında “Azericard” prosessinq mərkəzi tərəfindən xidmət göstərilən bank kartları ilə qəbul edilmiş ödənişlər zamanı 50%-dək komissiya güzəşti edilir. Kampaniya dövründə kreditin rəsmiləşdirilməsində isə müştərilər komissiyada – 50%-dək endirim güzəşti və 12 ayadək güzəşt müddəti qazanırlar. Kampaniya 30 iyun 2021-ci il tarixinə qədər keçərlidir. Bu barədə daha ətraflı
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
44 d. əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
-
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
5 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
5 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Ən çox oxunanlar
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib






.jpg)














