Vergi Xidməti bank ictimaiyyəti ilə "çətinliklər və aradan qaldırılması" üçün görüş keçirib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onların aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə görüşlərin keçirilməsi və birgə əməkdaşlıq istiqamətində işlər davam etdirilir.
Bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, növbəti belə görüş "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin nümayəndələri ilə onlayn formatda təşkil edilib.
Vergi siyasəti Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən görüşdə kredit təşkilatlarının fəaliyyətində bazar qiymətlərinin tətbiqi, qiymətli kağızlar bazarının inkişafı, bank hesablarının açılması və hesablara sərəncamların qoyulması ilə bağlı vergi qanunvericiliyinin tələbləri, ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı inzibatçılığın təkmilləşdirilməsi, Dövlət Vergi Xidməti ilə banklar arasında onlayn bankinq və elektron qaimə-fakturaların inteqrasiyası ilə bağlı API sisteminin tətbiq edilməsi kimi vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə çıxış edən ABA-nın prezidenti Zakir Nuriyev qeyd edib ki, DVX-də assosiasiyalarla iş aparan yeni bir strukturun yaradılması, birliklərin və assosiasiyaların müraciətlərinə operativ və vaxtında reaksiya verilməsi sevindiricidir. Ölkədə vergi qanunvericiliyinin təkmilləşdirilməsi, nəzarət olunanlarla nəzarət edənlər arasında əməkdaşlıq formatında münasibətlərin qurulması və inkişaf etdirilməsi məqsədilə keçirilən bu cür görüşlər öz töhfəsini verəcək.
Z.Nuriyev bankların balansa götürülmüş əmlaklarının satışının ƏDV-dən azad edilməsi ilə əlaqədar qanun layihəsinə göstərilən dəstəyə görə DVX nümayəndələrinə təşəkkürünü bildirib və bunun indiki halda banklar üçün əhəmiyyətli bir məsələ olduğunu qeyd edib.
DVX-nin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov “Azərbaycan 2030 - Milli Prioritetlər”ə uyğun olaraq yaradılan işçi qrupların fəaliyyətini diqqətə çatdıraraq əsas məqsədin dayanıqlı inkişaf və artan rəqabətli biznes mühitinin yaradılması üçün vergi yükünün optimallaşdırılması, inzibatçılığın təkmilləşdirilməsi olduğunu vurğulayıb. İdarə rəisi sahibkarların ictimai təşkilatları və biznes assosiasiyaları ilə əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.
Görüşdə, həmçinin, bank sektorunun inkişafını təşviq edə biləcək təkliflər ətrafında müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
8 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
13 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
13 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ



















.webp)









