Yeni “antitel kokteyli” yüzlərlə COVID xəstəsini ölümdən xilas edəcək
9 aylıq tədqiqat və sınaqlar uğurla nəticələnib.Oksford Universitetinin tədqiqatçıları koronavirusdan ölüm riskini kifayət qədər azaldan yeni antitel “kokteyli”nin uğurla sınaqdan çıxdığını təsdiqləyiblər.
Marja xəbər verir ki, Böyük Britaniyada xəstəxanalarda yerləşdirilmiş və ağır vəziyyətdə olan COVID xəstələri ilə əlaqədar RECOVERY proqramı çərçivəsində aparılan tədqiqatlar müsbət nəticələnib. Ötən ilin sentyabrından başlanan sınaqlar nəticəsində ABŞ-ın Regeneron şirkətinin istehsal etdiyi vasitə ən uğurlu olub.
Özündə iki növ monoklonal antiteli - casirivimab and imdevimabı birləşdirən və ABŞ-da REGEN-COV adlanan müalicə üsulu koronavirus infeksiyasının hüceyrələri yoluxdurmaq qabiliyyətini neytrallaşdırır. Nəticədə təbii antitelə malik olmayan ağır xəstələrdə immun sisteminin güclənməsi və bərpa prosesi sürətlənir.
İndiyə qədər 10 minə yaxın şəxsin üzərində aparılan təcrübələr “antitel kokteyli”nin tətbiqi nəticəsində xəstələrdə ölüm risklərinin 24%, adi müalicə metodlarında isə 30% olduğunu göstərir. Bir sıra oxşar müalicə vasitələri içərisində Regeneronun tətbiq etdiyi kokteyl sınaqların bütün mərhələlərindən uğurla çıxmış ilk nümunədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























