“Müştəri Bank Mobile” — biznes üçün yeni mobil bankçılıq tətbiqi
(®️) Kapital Bank korporativ müştərilər üçün “Müştəri Bank Mobile” mobil bankçılıq tətbiqini istifadəyə verdi. Yeni tətbiqlə hüquqi şəxslər və fərdi sahibkarlar bank əməliyyatlarını artıq öz smartfonları vasitəsilə həyata keçirə bilərlər. Həm iOS, həm də Android istifadəçiləri üçün nəzərdə tutulan “Müştəri Bank Mobile” ən son istifadəçi təcrübəsi və dizayn tendensiyaları nəzərə alınaraq yaradılıb.
Yeni tətbiq vasitəsilə hüquqi şəxslər və fərdi sahibkarlar cari hesablar, kartlar, imza gözləyən əməliyyatlar, sərəncamlar, köçürmələr haqqında məlumatlar əldə edə bilərlər. Həmçinin, “Müştəri Bank Mobile” ilə əməliyyatları imzalamaq, onlar barədə bildirişlər almaq, müxtəlif köçürmələr yaratmaq və digər əməliyyatlar yerinə yetirmək mümkündür. Tətbiqdən hazırda yalnız Müştəri Bank-ın desktop versiyasından qeydiyyatdan keçənlər faydalana bilər. Tətbiqin funksionallığının yaxın gələcəkdə artırılması nəzərdə tutulur.
Qeyd edək ki, Müştəri Bank-ın desktop versiyası vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları (overdraft, kredit, qarantiya, sürətli tender və s.) və s.
Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
7 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
12 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
12 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)







