“PAŞA Bank” və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə konfrans keçirilib
(®️) Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının birgə təşəbbüsü ilə “Kiçik və orta sahibkarlar üçün maliyyə çıxışı” mövzusuna həsr edilən konfrans keçirilib.
İyun ayının 22-də “JW Marriott Absheron” mehmanxanasında baş tutan tədbir zamanı KOS-ların biznes fəaliyyətlərində üzləşdiyi çətinliklərin, onların maliyyə çıxışını asanlaşdırmaq üçün təqdim edilən yeni maliyyələşmə növlərinin və müxtəlif şirkətlərin bu sahə üzrə irəli sürdüyü layihələrin müzakirəsi yer alıb.
Tədbirdə açılış nitqi ilə çıxış edən “PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımov, KOS seqmentindən və onların iqtisadiyyatdakı əhəmiyyətli rolundan danışıb. O, həm geridə qalan üç illik strateji dövrdə, həm də 2021-2023-cü illər üçün nəzərdə tutulan İnkişaf Strategiyasında Bankın əsas diqqətinin KOS-ların maliyyələşməsinin təmin edilməsinə yönəldildiyini vurğulayıb.
“Önümüzdəki əsas çağırış KOS-ların maliyyələşmə metodlarının şaxələndirilməsidir. Ölkəmizə daha çox investisiya cəlb olunmasına yardım etməklə, xarici investorlarla yerli bizneslər, dövlət tənzimləyiciləri ilə sahibkarlıq subyektləri arasında əlaqələndirici olmaqla bu çağırışın öhdəsindən gələ biləcəyik”, - deyə Taleh Kazımov bildirib.
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Teybə Quliyeva salamlama nitqində KOS-ların maliyyə resurslarına çıxışını məhdudlaşdıran əngəllərin aradan qaldırılması üçün dövlət-özəl sektor tərəfdaşlığının vacibliyini vurğulayıb və bu kimi tədbirlərin ikitərəfli dialoqun dərinləşməsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
Konfransda həmçinin dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələrinin, yerli və xarici ekspertlərin mövzuya dair çıxışları və təqdimatları nümayiş olunub. Sonda keçirilən sual-cavab sessiyası zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, “PAŞA Bank”, bundan öncə də KOS-lara həsr olunan bir sıra tədbirlərin təşkilatçısı və sponsoru qismində yer alıb. Bank tərəfindən sosial təcrid dönəmlərində pandemiyanın mənfi təsirindən daha çox zərərçəkmiş sahələrdə fəaliyyət göstərən KOS-larla onlayn görüşlər təşkil olunub və onlara konsultasiya dəstəyi göstərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 4 d. əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 4 saat əvvəl
-
5 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
5 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
5 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
6 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
-
6 saat əvvəl
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Ən çox oxunanlar
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
“AccessBank”ın biznes kreditləri portfeli 1 milyard manatı keçib
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu





















