"Marcom" şirkəti yol gedən insanları birləşdirən mobil tətbiqin yenilənmiş loqosunu təqdim etdi
Azərbaycanın marketinq bazarında sahib olduğu mövqeyini hər zaman qorumağa çalışan "Marcom" şirkəti "Yoldostu" layihəsinin yeni korporativ dəsti xəttini təqdim edib.
Layihə rəhbəri İlkin Rəhimovun sözlərinə görə mobil tətbiq üçün hazırlanmış yeni korporativ dəsti xətt layihənin bütün fəlsəfəsini özündə əks etdirir.
"“Yoldostu" eyni istiqamətdə yol gedən insanları birləşdirən mobil tətbiq olmaqla yanaşı, həm də bir dəyərdir. Mobil tətbiqin əvvəlki brendinqi daha çox taksi şirkətinin vizualını özündə əks etdirdiyi üçün istifadəçilərdə çaşqınlıq yaradırdı. Digər tərəfdən də layihənin məqsəd və dəyərlərini tam olaraq özündə cəmləşdirə bilmirdi. Bu məsələni aradan qaldırmaq üçün Marcom şirkəti layihənin fəlsəfəsini, gedəcəyimiz yolu izah etdikdən sonra bizə 2 fərqli konsept təqdim etdi. Təqdim olunan dizayn konseptlərindən bu konsept həm bizim, həm də yoldostu mobil tətbiqinin istifadəçiləri tərəfindən müsbət qarşılandığı üçün bu vizual üzərində qərarlaşdıq.”
Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyev "Yoldostu" kimi yerli bir layihənin inkişafında marketinq paylarının olmasından qürur hissi duyduqlarını vurğulayıb.
“Yerli bazarda dəyər üzərində qurulmuş mobil tətbiqin olması özü bir sevindirici haldır. Görüş zamanı layihənin fəlsəfəsi, məqsəd və dəyərləri izah olunduqca başa düşdük ki, mobil tətbiq ilə onun brendinqi arasında bir qopuqluq mövcuddur. Bu layihə üçün daha rəngli və dinamik bir brendinq lazımdır. Bundan əlavə əvvəlki loqonun mobil tətbiqin digər kommunikasiya vasitələrinə adaptasiyası zamanı sıxıntı yaradacağını Sifarişçiyə bildirdik. Hazırladığımız loqoda 3 nüansı prioritet götürdük. Bunlar məkan işarəsi, ünsiyyət və xoş əhval ruhiyyədir. Hal-hazırda yeni loqo konseptinin digər kommunikasiya vasitələrinə adaptasiyası üzərində işlər tamamlanmaq üzrədir.”
Qeyd edək ki, "Marcom" şirkəti ilə "Yoldostu" hal-hazırda mobil tətbiqin daha çox istifadəçilərə çatması və yerli bazarda pay alması istiqamətində danışıqları davam etdirirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
9 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
9 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ



















.webp)







