Azərbaycanla İndoneziya arasında iqtisadi əməkdaşlıq üzrə işçi qrup yaradılacaq
2021-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın İndoneziya ilə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 64% artaraq 27 mln. ABŞ dolları təşkil edib. Bununla belə, qarşılıqlı ticarətin artırılması üçün daha geniş imkanlar var.
Marja xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidlə görüşü zamanı bildirilib.
Səfir Hildi Hamid iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, İndoneziya şirkətlərinin nəqliyyat və tekstil sahələrində, işğaldan azad edilmiş ərazilərimizin bərpası məqsədilə həyata keçiriləcək layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Tərəflər sənaye, kənd təsərrüfatı, İKT, kiçik və orta biznes, turizm, idman və s. sahələrdə əlaqələrin inkişafı, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupun yaradılması, biznes dairələri arasında qarşılıqlı əlaqələrin qurulması, Azərbaycanda və İndoneziyada keçiriləcək beynəlxalq sərgilərdə hər iki ölkənin sahibkarlarının iştirakı, biznes forum formatında Azərbaycan-İndoneziya işgüzar görüşünün keçirilməsi barədə müzakirələr aparıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 2 saat əvvəl
-
4 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 5 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 9 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
10 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
10 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb























